SON XƏBƏRLƏR

Məzuniyyət müddəti bitən milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2022.01.25, 07:27
Məzuniyyət müddəti bitən milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

Gunaz.tv

Milli fəal dekabrın 18-də girov qarşılığında məzuniyyətə buraxılmışdı.

O, Ərdəbil həbsxanasında 2 illik həbs cəzasının qalan hissəsini çəkəcək.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar