SON XƏBƏRLƏR

Binab İstilik Elektrik Stansiyası ekoloji problem yaradır

2021.11.04, 09:32
Binab İstilik Elektrik Stansiyası ekoloji problem yaradır

Gunaz.tv

Bu, hava çirkliyiyi və ekoloji problemlərin yaranmasına, bölgədə yaşayan əhalinin sağlamlığının təhlükəyə düşməsinə səbəb olur.

İstilik Elektrik Stansiyasının müdiri Kərim Abbaszadə noyabrın 3-də mediaya verdiyi açıqlamada stansiyaya qaz verilişinin dayandırıldığını, məcburi şəkildə mazutdan istifadə etməyə başladıqlarını söyləyib.

Təbriz-Binab magistral yolunun 7 kilometrliyində, Şorgöl kəndi yaxınlığında yerləşən “Səhənd” İstilik Elektrik Stansiyasında mazutdan istifadə yerli əhali və ətraf mühit fəallarının narazılığı ilə qarşılanıb.

Bundan öncədə dəfələrlə oxşar problemlərlə bağlı etiraz aksiyaları keçirilib, müraciətlər olunub və məsələ bölgənin İran parlamentindəki nümayəndəsi tərəfindən müzakirəyə çıxarılıb.

Ancaq bütün bunlara baxmayaraq, İran Energitika Nazirliyi İstilik Elektrik Stansiyasının fəaliyyəti üçün qaz payının verilməsindən imtina etdiyi üçün mazutdan qaydasız istifadə davam edir.

Şərqi Azərbaycan əyalətində fəaliyyət göstərən Təbriz və Binab şəhərlərinin İstilik Elektrik stansiyaları əyalətin elektrik enerji ilə təminatə sahəsində əsas rolu oynayırlar.

Binabla yanaşı Təbriz İstilik Elektrik Stansiyasında da mazotdan istifadə qalmaqallara səbəb olub.

Bir neçə gün öncə Şərqi Azərbaycan əyaləti valisinin müavini Cavad Rəhməti də problemlə bağlı açıqlama verib.

"Belə davam edərsə və problemin həlli ilə bağlı tədbir görülməzsə məcburi şəkildə bir sıra dövlət idarələri və müəssisələr tətil edəcək”-deyə, vali müavini bildirib.

O, qeyd edib ki, Şərqi Azərbaycan əyalətinin əhalisinin ortalama 50 faizi Təbriz və onun ətrafında yaşadığı üçün istilik Elektrik Stansiyasının qaydalara zidd fəaliyyəti nəticəsində bu qədər insanının sağlamlığının təhlükəyə atılması yolverilməzdir.

C.E    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar