SON XƏBƏRLƏR

İran Futbol Federasiyasının rəisindən Əlirza Biranvəndin nalayiq hərəkəti ilə bağlı qəribə iddia

2021.10.20, 07:36
İran Futbol Federasiyasının rəisindən Əlirza Biranvəndin nalayiq hərəkəti ilə bağlı qəribə iddia

Gunaz.tv

GünAz TV: İran Futbol Federasiyasının rəisi Mehdi Tac Tehranın “Perspolis” komandasının qapıçısı Əlirza Biranvəndin Təbrizin səhənd stadionunda yol verdiyi nalayiq hərəkətinə haqq qazandırmağa çalışıb.

 

Mehdi Tac “Salam, səhərin xeyir” proqramında “Traxtur”un qapıçıdan şikayəti ilə bağlı bildirib ki, “cənab Biranvənd bu haqda müsahibə verib. “Perspolis” klubu da bu barədə bildiriş yayıb. Bildirilib ki, onun heç bir məqsədi olmayıb. O üzr də istəyib.”

 

Mehdi Tac “Perspolis”in qapıçısının tərəfini tutaraq qeyd edib ki, üzr istəmək cəzalandırmaqdan daha yaxşıdır.

 

Avqustun 30-da “Perspolis”in qapıçısı Əlirza Biranvənd komandası məğlub olduqdan sonra meydançanı tərk edərkən üzünü “Traxtur” tərəfdarlarına tutaraq nalayiq və əxlaqsız bir hərəkətə yol verib. Onun bu hərəkəti bütün “Traxtur” tərəfdarlarının etirazına səbəb olub.

“Traxtur” klubu qapıçıdan Futbol Federasiyasına rəsmən şikayət edib.

 

https://www.youtube.com/watch?v=3QRwotRJyzI

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar