SON XƏBƏRLƏR

İran həbsxanalarında koronovirus; azərbaycanlı siyasi dustaqların vəziyyəti

2021.10.20, 07:36
 İran həbsxanalarında koronovirus; azərbaycanlı siyasi dustaqların vəziyyəti

Gunaz.tv

GünAz TV: Əldə edilən dəqiq məlumatlara və məhbusların verdiyi xəbərlərə əsasən, İran həbsxanalarında saxlanılan Azərbaycanın siyasi məhbuslarının vəziyyəti ilə bağlı ciddi narahatlıqlar var.

 

Azərbaycanlı fəalların verdiyi məlumata görə, Tehranın “Evin” həbsxanasında 4-cü kamerada saxlanılan və vəziyyəti pisləşən iki məhbus koronovirus əlamətləri ilə həbsxananın klinikasına yerləşdirilib.

 

Həmçinin kameradan kənar bütün fəaliyyətlər dayandırılıb və kamera Karantinə alınıb. Azərbaycanlı siyası məhbuslar Tohid Əmirəmini, Kiyanuş Əslani və Kazım Səfabəxş həmin kamerada saxlanılırlar.

 

“Evin” həbsxanasının digər kameraları, o cümlədən İbrahim Nuri və Cəfər Rüstəmi Radın saxlanıldığı 8-ci kamera ilə bağlı də eyni xəbərlər yayılıb.

 

Siyası məhbuslar Əlirza Fərşi, Əkbər Nəimi, Ehsan Şokrxodayi və Zeynəb Həmrəngin vəziyyəti ilə bağlı heç bir dəqiq məlumat yoxdur. Bu isə onların ailələrinin ciddi narahatlığına səbəb olub.

 

Ərdəbil mərkəzi həbsxanasından verilən məlumatlara görə, həbsxananın “Səlamət” kamerası bütünlüklə boşaldılıb və koronovirus xəstəliyi əlamətləri olan məhbuslar bu kameraya yerləşdirilir. Hazırda Abbas Lisani, Mojgan Siyami, Rəhim Qulami və Yusif Kari Ərdəbil həbsxanasının 7-ci, 1-ci, Təhlükəsizlik və Qadınlar kameralarında saxlanılırlar.

 

Qeyd etmək lazımdır ki, Rahim Qulami asma xəstəliyi və tənəffüs problemlərindən əziyyət çəkdiyi üçün, Abbas Lisani isə, yağ və qaraciyər xəstəliyi dərmanlarından istifadə etdiyinə görə, daha çox koronovirusa yoluxma riskindədirlər. Bu isə fəalların sağlamlığı ilə bağlı narahatlıqları artırıb.

 

Xatırladaq ki, azərbaycanlı siyasi məhbusların sağlamlığı ilə bağlı ciddi narahatlıqların və xəstəliyə yoluxma riskinin yüksək olduğuna baxmayaraq Lətif Həsəni “Rəcayişəhr” həbsxanasında, Əli Əzizi, Səccad Şəhiri, Əmir Səttari, Məhəmməd Əbdülməhəmmədzadə Təbriz mərkəzi həbsxanasında, Həkimə Əhmədi, Əbulfəzl Fəkuri, Məhərrəm Vəlipur, Əkbər Əzizi və Qulamrza Rəşidi Marağa Həbsxanasında saxlanılırlar.

 

İran məhkəmə sistemi sədrinin göstərişinə əsasən təhlükəsizliklə bağlı ittihamlarda günahlandırlan və beş ildən az müddətə azadlıqdan məhrum olan məhbuslara məzuniyyət verilməlidir.

 

Lakin buna baxmayaraq, azərbaycanlı fəalların yaxınları Tehran, Təbriz və Ərdəbildə məhkəmə orqanlarına və həbsxana rəsmilərinə müraciət etsələr də, adı çəkilən fəalların heç biri müvəqqəti azadlığa buraxılmamışlar.

 

Ü.F

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar