SON XƏBƏRLƏR

İran İsraili və Amerikanı açıq-aşkar hədələyir

2021.10.20, 07:36
İran İsraili və Amerikanı açıq-aşkar hədələyir

Gunaz.tv
İran İsraili və Amerikanı açıq-aşkar hədələyir 6holsmfb.gif Əli Şirazi: «İrana hücum olarsa, biz İsrail, Körfəzdəki Amerika gəmiləri və bütün dünyada Amerika maraqları üzərinə zərbə endirməklə cavab verəcəyik» İsrailin İranı vurmaq üçün hərbi imkanları yetərlidirmi? İranın ali dini rəhbəri Ayətülla Əli Xamneinin müşaviri Əli Şirazi ABŞ və İsrailə qarşı sərt bəyanatla çıxış edib. Əli Şirazi bəyan edib ki, İran onun nüvə proqramı ilə bağlı üzərinə hücum olarsa, İsrail, Körfəzdəki Amerika gəmiləri və bütün dünyada Amerika maraqları üzərinə zərbə endirməklə cavab verəcək. Bu xəbərdarlıq tərəfindən səsləndirilib. Siyasi ekspertlər qeyd edirlər ki, bu İranın indiyədək ən kəskin meydan oxumasıdır. Beləliklə, İran hücuma məruz qalarsa, Tel-Əviv və Amerikanın Körfəzdəki gəmilərinə cavab zərbələri endirəcəyi ilə ilk dəfə olaraq açıq mətnlə hədələyib. İran rəsmisi bildirib ki, İran üzərinə atılacaq ilk Amerika gülləsinin cavabı bütün dünya boyunca Amerika maraqlarının yansırılıb külə döndərilməsi olacaq. İran İnqilab Keşikçiləri Korpusu qarşısında çıxış edən Əli Şirazi deyib ki, İranlılar inanan xalqdır və bu xalq Cəhada və şəhidliyə inanır və belə bir millətin ordusu ilə vuruşmaq mümkün deyil. İran İnqilab Keçikçilərinin rəhbəri isə öz növbəsində xəbərdalıq edib ki, lazım gələrsə, Hörmüz boğazı bağlana bilər.Halbuki bu boğazdan dünya ticarət neftinin 40 faizi daşınır. Başqa bir İran komandanı isə bildirib ki, o, İrana hücum edəcək müdaxiləçi ordunun əskərləri üçün 320 min qəbir qazılmasına tapşırıq verib. Ekspertlər bildiriblər ki, Tehranın belə hərbə-zorba gəlməsi İsrailin belə görünür ki, İran üzərinə hücumu imitasiya edən hərbi manevrlər keçirməsi ilə bağlıdır. İsraildə baş nazir Ehud Olmertin sözçüsü bu çıxışa şərh verməkdən imtina edib. Bircə bunu deyib ki, “Şirazidir də, danışır özü üçün”… İran və İsrail arasında son vaxtlar söz güləşi adi hala çevrilib. Ötən aprel ayında İsrailin infrastruktur naziri Binyamin Ben-Eliazer demişdi ki, İsrail üzərinə İrandan hər hansı zərbə İran dövlətrinin məhvi ilə nəticələnəcək. Söz müharibəsi canlı müharibəyə çevrilsə… Bəs əslində İsrail İranın nüvə proqramını dayandırmağa texniki baxımdan qabildirmi? Mütəxəssilər qeyd edirlər ki, İsrailin hərbi qüvvəsi İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq üçün xeyli kiçik olsa da, düşünülmüş hücum əməliyyatı Tehranın nüvə bombası hazırlamaq qabiliyyətinin əldə olunmasını illər boyunca ləngidə bilər. Ekspertlər İsraillə İran arasında mümkün hərbi toqquşmada İsrailin nələrə malik olacağını saf-çürük edirlər. Havada Hazırda İsrail ordusu Amerika istehsalı olan təkmil F-15 və F-16 döyüş təyyarələri də daxil olmaqla 500 təyyarəyə malikdir.Bu təyyarələr İranın qərb hissəsini bombalamaq imkanına malikdirlər. Lazım gələrsə, təyyarələrin havada ikən yanacaqla doldurulması üçün texniki imkanlar mövcuddur. Maskalayıcı və dalğaboğucu sistemlər İsrail təyyarələrinin İrana hücum məqsədilə düşmən ərəb ərazisindən qeydə alınmadan keçməsinə şərait yarada bilər. “Bunkerdağıdan” bombalara malik İsrail avisasiyası İranın nüvə obyektlərinə nəzərəçarpacaq dağıntı gətirə bilər. Peyk və optic nişanlama sistemləri bombaların çox yüksək hündürlükdən və uzaq məsafələrdən atılmasını mümkün edir. İsrail hərbi aviasiyası həmçinin ballistic raketlərə malikdir ki, onlar barəsində hələlik çox az məlumat vardır. Məlumatlara görə İsrail onlarca uzaqmənzilli “Yerixon” raketlərinə malikdir ki, bu silahlar Körfəz bölgəsini vura bilər. Çox güclü gümanlara görə İsrail bölgənin yeganə nüvə silahlı dövlətidir, lakin İsraillilər bildiriblər ki, onlar belə bir silaha yalnız son anda əl ata bilərlər. Quru qüvvələri İsrail İranla quru sərhədinə malik olmadığı üçün bu qoşun növlərindən hər hansı mümkün münaqişədə istifadə olunması real görünmür. Bununla belə, mümkün hava zərbələrindən sonra vurulmuş ziyanın qiymətləndirilməsi üçün bölgəyə çevik komandos qrupları atıla bilər. Bu komandoslara həm də İranın raket çaxmaqlarının sıradan çıxarılması tapşırığı verilə bilər ki, Tehran İsraili raketlərlə vurmağa macal tapmasın. Dənizdə İsrail Almaniya istehsallı, dizellə işləyən üç “Delfin” sualtı qayığına malikdir. Hayfa limanında lövbərlənmiş bu gəmilər nəzəri baxımdan İran sahillərinə yetişə bilər, lakin bunun üçün bir ay müddətində Afrika qitəsini dolaşmaq lazım gələrdi. Bu sualtı gəmilərin 10 torpedosu var. Onlardan 4-ü İsrail tərəfinin sifarişi ilə modifikasiya olunub. Müstəqil ekspertlər bildiriblər ki, bu modifikasiya gəmilərə Aralıq dənizi hövzəsindən İranı raketlə vurma qimkanı yaratmaq üçündür. Bununla belə, ballistic raketlər möhkəmləndirilmiş istehkamlara ciddi dağıntı verə bilməz. Pərvız bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar