İran Mərkəzi Bankının 17 əməkdaşı koronavirusdan ölüb

12.03.2020, 16:33

GünAz TV: İran Mərkəzi Bankının rəhbəri Ədbülnasir Himməti rəhbərlik etdiyi qurumun 17 işçisinin koronavirusdan dünyasını dəyişdiyini bildirib.

 

O, həmçinin Bankın çoxlu sayda əməkdaşının karantində olduğunu deyib. Bu, İranda sözügedən epidemiyadan ölən bank sisteminin əməkdaşları ilə bağlı açıqlanan ilk rəsmi statistika hesab edilir.

 

Ötən günlər ərzində xəstələrin tədavisi ilə məşğul olan həkim və tibb bacıları arasında da koronavirus səbəbindən ölənlərin olduğu ilə bağlı məlumatlar yayılmışdı. İran hökuməti hələlik tibb işçiləri arasında ölüm faktları ilə bağlı rəqəmləri açıqlamasa da, qeyri-rəsmi mənbələr rəqəmin azı 30 nəfər olduğunu bildirirlər.

 

Bu gün yayılan digər xəbərlərdə isə Rəzəvi Xorasanı əyalətinin Polis İdarəsinin Siyasi Əqidə Təşkilatının rəhbəri Məhəmmədrza Təqəvinin, eləcə də Dövlət Teleradio Şirkətinin Qəzvin şöbəsinin "Bəsic" Təşkilatının rəhbəri Səid Xorşidi də koronavirusdan öldüyü deyilir.

 

Qeyd etmək lazımdır ki, İranda yayılması rəsmi olaraq fevralın 19-da elan edilən koronavirusa bu günə qədər rəsmi statistikalara görə, 10075 nəfər yoluxub. Virus qurbanlarının sayı isə 429 nəfərdir.

 

Ə.A

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Savə şəhərində azərbaycanlı ələvi həbs edilib

2022-12-02

gun az article

Güney Azərbaycanın tanınmış şairi Məftun Əmini dünyasını dəyişib

2022-12-02

gun az article

Zənganlı milli fəal Fərşid Mühaciriyə həbs cəzası verildi

2022-12-02

gun az article

Urmulu milli fəal Meysəm Şirini müvəqqəti azadlığa buraxılıb

2022-12-02

gun az article

“Sözümüz”: “Kürd basqısına məruz qalan Kərkük” - VİDEO

2022-12-02

gun az article

Güney azərbaycanlılar Vaşinqtonda aksiya keçirəcək

2022-12-02

gun az article

“Görüş”də müzakirə: “Milli dövlətçilik zərurəti” və “Etirazlar və rejimin qorxuya düşməsi” -VİDEO

2022-12-01

gun az article

“Özümüz”: “Güney Azərbaycan ücün nə iş görməliyik?” - VİDEO

2022-12-01

gun az article

Azərbaycanlı hüquq müdafiəçisi Ruqəyyə Bəydilli müvəqqəti azadlığa buraxılıb

2022-12-01

gun az article

Ərdəbilli milli fəalın məhkəməsi olub

2022-12-01

gun az article

Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

2022-11-30

gun az article

Güneyli xanım fəala həbs cəzası verilib

2022-11-30

gun az article

Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadə edama məhkum edilib

2022-11-30

gun az article

Məlikanda bir neçə milli fəal müvəqqəti azadlığa buraxılıb

2022-11-30

gun az article

Təbrizin millət vəkili: "Danışmaq istəyəni rəhbərə qarşı olmaqda ittiham edirlər"

2022-11-30

gun az article

Cavid Rəhmanın İranda etirazçıların edam edilməsindən narahatlığını bildirib

2022-11-30

gun az article

İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

2022-11-30

gun az article

Ana dili fəalı Əlirza Fərşi aclıq aksiyası keçirəcək

2022-11-30

gun az article

Urmu zindanında milli fəal Davud Kabalı aclıq aksiyası keçirir

2022-11-30

gun az article

Qoşaçay həbsxanasında fəallara işgəncə verilib

2022-11-30