İran Parlamenti milli pul vahidinin riyaldan tümənə dəyişdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib

04.05.2020, 12:00

GünAz TV: İranın Milli Məclisi ölkənin milli valyutasının gələn 3 ildə tümənə dəyişdirilməsi ilə bağlı qanunlayihəsini qəbul edib.

 

Qanunun qüvvəyə minməsindən sonra 1 tümən 10 min riyala bərabər olacaq. Bir müddət əvvəl Mərkəzi Bank 1 tümənin yeni pul vahidi olacaq 100 "parse"yə bərabər olmasını təklif etmişdi.

 

Parlamentin qərari ilə dövlətə təyin edilən müddət ərzində riyal əskinasları və qəpiklərinin toplanması və çıxarılması üçün irəli gələn bütün vəzifələri icra etmək tapşırılıb.

 

İran hökumətinin sözçüsü Əli Rəbii məsələ ilə əlaqədar bildirib ki, bu qanun layihəsi maliyyə əməliyyatlarını sadələşdirmək üçün qəbul edilib.

 

Qeyd etmək lazımdır ki, İranın milli pul vahidi kimi tümənin təyin edilməsi və puldan 4 sıfırın silinməsi ilə bağlı təkliflər 2018-ci ilin yanvar ayından irəli sürülmüşdü.

 

İranlı rəsmilər buna səbəb kimi inflyasiya həddinin davamlı olaraq yüksək qalması, bunun nəticəsində döviyyədə pul əskinaslarının çoxalması, eləcə də xalqın milli pul vahidi riyal adından istifadə etməməsi, onun əvəzinə qeyri- rəsmi ad sayılan "tümən" işlətməsini göstərmişdilər.

 

İranlı deputatlar bildirirlər ki, milli pul vahidindən 4 sıfırın silinməsi və onun tümənə dəyişdirilməsi nə iqtisadiyyatda, nə də xalqın sosial rifahında müsbətə doğru heç bir dəyişikliyə səbəb olmayacaq.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04

gun az article

Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

2021-12-04

gun az article

Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

2021-12-04

gun az article

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib

2021-12-04

gun az article

Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

2021-12-04

gun az article

Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

2021-12-04

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 265 milyona çatır

2021-12-04

gun az article

Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi

2021-12-03

gun az article

QHT Agentliyi qrant müsabiqəsi elan etdi

2021-12-03

gun az article

Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib

2021-12-03

gun az article

DİN Zəngilanın “Ağalı” kəndinə köçəcək sakinlərə müraciət edib

2021-12-03