SON XƏBƏRLƏR

İRAN PREZİDENTİ «BÖYÜK SƏKKİZLİK» LİDERLƏRİNƏ MƏKTUBUNDA ABŞ GÜNƏŞİNİN SÖNMƏYƏ BAŞLADIĞINI VURĞULAYIB

2021.10.20, 07:36
İRAN PREZİDENTİ «BÖYÜK SƏKKİZLİK» LİDERLƏRİNƏ MƏKTUBUNDA ABŞ GÜNƏŞİNİN SÖNMƏYƏ BAŞLADIĞINI VURĞULAYIB

Gunaz.tv
İRAN PREZİDENTİ «BÖYÜK SƏKKİZLİK» LİDERLƏRİNƏ MƏKTUBUNDA ABŞ GÜNƏŞİNİN SÖNMƏYƏ BAŞLADIĞINI VURĞULAYIB İran prezidenti Mahmud Əhmədinejad bugünlər Yaponiyada bir araya gələn «böyük səkkizlik» ölkələri liderlərinə məktub ünvanlayıb. «Media forum» saytının məlumatına görə, yapon mətbuatının dərc etdiyi məktubda İranın uranı zənginləşdirməyi dayandırmayacağı vurğulanıb. Prezidentin məktubunda «böyük səkkizlik» ölkələrinin sürətlə təhlükəli bir uçuruma yuvarlandığı qeyd olunur: «İran sizlərin uranı zənginləşdirməyi dayandırmaq barədə qanunsuz tələbini heç vaxt qəbul etməyəcək». Dünyanın yeni bir mərhələyə daxil olduğunu və ABŞ günəşinin artıq sönməyə başladığını vurğulayan M.Əhmədinejad yalnız bir fövqəldövlətin nəzarət etdiyi dünya düzəninin sona çatdığını bildirib. İran prezidenti əvvəllər də dünyanın bir neçə dövlət başçısına, o cümlədən ABŞ prezidenti Corc Buş və Almaniya kansleri Angela Merkelə məktub ünvanlasa da, heç kəsdən cavab almayıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar