SON XƏBƏRLƏR

İran və İsrail bir-birinə güc nümayiş etdirir

2021.10.20, 07:36
İran və İsrail bir-birinə güc nümayiş etdirir

Gunaz.tv
Amerikada çap olunan məşhur Nyu York Tayms qəzetinin 20 iyun 2008-ci il tarixli nömrəsində İsrailin Aralıq dənizində iyunun əvvəllərində keçirdiyi hərbi təlimlər barədə məqalə dərc olunmuşdur. Məqalədə qeyd olunur ki, Aralıq dənizinin şərqində və Yunanıstan sərhədlərində keçirilən bu təlimlərdə məqsəd İranın nüvə mərkəzlərinə hava hücumlarına hazırlıqdır. Qəzetin yazdığına görə İsrail hərbi qüvvələri bu hücuma ciddi şəkildə hazırlaşır. Qeyd edək ki, geniş həcmli hərbi təlimlərdə İsrailin 100-dən çox F-16 və F-15 hərbi təyyarəsi, yanacaq daşıyan təyyarələr iştirak etmiş, uzaq hədəflərə atəş edilmişdir. İsrail mənbələri bu haqda heç bir bəyanat verməsələr də, hava təlimlərinin İsraili təhdid edən qüvvələrə qarşı olduğunu bildiriblər. İsrail yetkililəri hərbi təlimlərin İranın nüvə mərkəzlərinin vurulmasına hazırlıq olduğu barədəki xəbərləri təsdiqləməsələr də, təkzib də etməyiblər. Nyu York Tayms qəzeti ABŞ rəsmilərinə istinadən bildirib ki, İsrail hərbi təlimləri ölkənin hərbi hava qüvvələrinin uzaqda yerləşən düşmən obyektlərinin məhvi yönündəki imkanlarının yoxlanılması məqsədini daşıyır. Mövzuya yer ayıran dünyanın müxtəlif ölkələrindəki qəzetlər də də bu təlimlərin keçirilməsinin məqsədinin İranın bir sıra nüvə mərkəzlərinin hava hücumları vasitəsilə məhv edilməsinə hazırlıq olduğunu iddia edib. Pentaqondan adının açıqlanmasını istəməyən bir yüksək rütbəli hərbçi də, bu təlimlərlə ABŞ və İsrailin İrana mesaj verdiyini, “əgər İranın nüvə silahı əldə etmə cəhdinin qarşısı danışıqlar yolu ilə alınmazsa, İsrailin hərbi əməliyyatlara hazır olduğunun” nümayiş etdirildiyini qeyd etmişdir. ABŞ hərbi mənbələri, təlim vbaxtı İsrail yanacaqdaşıyan təyyarələrinin uçduğu 900 mil (1500 km-ə yaxın) məsafənin təxminən İsrail ilə İranın nüvə təsislərinin yerləşdiyi Natantz şəhəri arasındakı məsafəyə bərabər olmasına diqqət çəkirlər. Qeyd edək ki bir müddət əvvəl İsrailin Baş naziri Ehud Olmert İrana qarşı sərt tədbirlər görəcəklərini elan etmiş, baş nazirinin müavini və Nəqliyyat naziri Şaul Mofaz isə daha sərt danışaraq hətta “nüvə proqramını davam etdirdiyi təqdirdə İranı vuracaqlarını” iddia etmişdi. Nyu York Tamys Mofazın bu fikirlərinin təlimlərin son günüdə mətbuatda yayınlanmasına da diqqət çəkib. BBC-ninYaxın Şərq bölməsinin rəhbəri Ceremi Boven qeyd etmişdir ki, ABŞ kəşfiyyatının 2007-ci ildəki məlumatlarına görə İranın nüvə silahına yiyələnmə niyyətinin zəifdir, fəqət İsrailin bu təlimlərini, İsrailin “nüvə silahına sahib olm aq istəyən İrana qarşı edə biləcəklərinin nümayişi” kimi başa düşülməlidir. Nyu York Tayms da İrana qarşı hərbi əməliyyatların asan olmayacağını, həm İranın Rusiyadan radar və roket sistemləri aldığını, həm də ümumiyyətlə İsrailin İranın çoxu yer altınd aolan nüvə hədəflərini tam vurmaq qabiliyyətinə sahib olmadığını iddia etmişdir. Mətbuatda gedən bu fikirlərə İran rəsmilərinin münasibəti də gözlənildiyi kimi olmuşdur. Bəzi İran rəsmiləri “bunların boş söhbət olduğunu”, bəziləri “düşmənlərə cavab verməyə hər zaman hazır olduqlarını iddia etmişlər. Məsələn İİR Prezidenti Mahmud Əhmədinejad bildirmişdir ki, “düşmən İrana hücum etmədən əvvəl onların əlləri kəsiləcəkdir”. İranın müdafiə naziri Məhəmməd Nacar, bunun “psixoloji əməliyyat” olduğunu irəli sürmüş, İranın heç bir gərginliyə tərəf olmaq istəmədiyini, ancaq yenə də “ona hücum edənləri ən sərt şəkildə cəzalandıracağını” qeyd etmişdir. İran parlamentinin başçısı Əli Ləricani də, Qərb mətbuatında çıxan xəbərləri “inandırıcı olmaqdan uzaq” və “mətbuat müharibəsinin tərkib hissəsi” kimi qiymətləndirmişdir. Yüksək səviyyəli dini xadim Ayətullajh Əhməd Haməti də, cümə xütbəsində, “zor işlətmək istəyən düşmənin sərt cavab alacağından” bəhs etmişdir. Bu arada İran hərbi qüvvələri də geniş həcmli hərbi təlimlərin keçirilməsini planlaşdırıb. Bu təlimlərdə Bəsic qüvvələri də iştirak edəcək və bütün növ silahlardan istifadə olunacaq. Təlimlərdə məqsd xaricdən ölkəni təhdid edən bütün təhlükələrin qarşısının alınması imkanlarının və sərhədlərin müdafiəsinin möhkəmləndirilməsidir. İslam İnqilabının Mühafizəçiləri Korpusunun (Sepah Pasdaran) Kamandanı Məhəmməd Əli Cəfəri bü məsələyə münasibət bildirərək deyib ki, İran İslam Respublikasına hücum olsa İran şiddətli və dağıdıcı nəticələrə səbəb olacaq şəkildə reaksiya verəcək. O bildirib ki, başçılıq etdiyi ordu ölkəni müdafiə etməyə tam qadirdir. İranın digər bir çox yetkilisi də İsrailin İrana hücumu ehtimalını imkansız hesab edir. İranin nüvə silahlarına yiyələnməsi və regionda güclənməsi ən az Qərb və ABŞ qədər İsrail dövlətini də narahat edir. Bir başa İsrailin məhvini istəyən bir dövlətin regionda güclənməsi və nüvə silahlarına sahib olması, hansı ki bu dövlət regionun terror təşkilatlarını və fanatik dini cərəyanları idarə edib öz siyasi xəttınə yönəltməyi də bacarır, İsrail üçün qəti şəkildə arzuolunmazdır. Çünkü bu ölkə istədiyi hədəflərə çatsa yəqin ki, İsrailə dair arzularını gerçəkləşdirməyi də düşünəcək. Bu isə İsrailı təhlükənin tam qarşısında olduğundan həddindən artıq nigaran edir. Bu nigarançılığın sakitcə müşaiyət olunması isə gözlənilən deyil. Qeyd edək ki, iyunun 26-da isə dünya mətbuatı ABŞ-ın İraqın İran sərhəddində 4 yeni hərbi baza qurduğunu yazmışdır. İraq kəşfiyyatından yüksək rütbəli bir mənbiyi dayanılaraq verilən xəbərdə qeyd olunur ki, bu yeni bazalar müasir roketlər və radar sistemlərinə sahibdirlər. Bazaların qurulmasında məqsəd isə, “İranın nüvə təsislərinə zərbə endirəcək İsrail qüvvələrini cavab zərbələrindən qorunmağa kömək etməkdir”. Bazaların işləyişi ABŞ hərbi dəniz donanmasından, CİA-dən və Müdafiə nazirliyindən yüksək rütbəliləri nümayəndələrin nəzarətindədir. Bazalara kənar şəxslərin yaxınlaşması belə sərt şəkildə qadağan edilmişdir. Buna əlavə olaraq, iyunun 27-də, ABŞ Konqresinin 2009-cu ilə qədər müharibələr (hərbi əməliyyatlar) üçün əlavə olaraq 162 milyard ABŞ Dolları ayrılması barədə prezident Buşun tələbini qanuniləşdirməsi bölgəni sakit gələcəyin gözləmədiyinin işarələrindən biri kimi qəbul olunmalıdır. Başqa bir maraqlı versiya isə, Londonda Ərəbcə dərc olunan nüfuzlu “Şarkül Avsat” qəzetinin ortaya atdığı iddiadır. Qəzet, yüksək səviyyəli Fransız diplomatlara istinad edərək İsrailin İrana hücumu zamanı Suriya hava sahəsindən istifadə edəcəyini iddia etmişdir. Təbbi ki, bunu Fransanın Türkiyənin vasitəçiliyi ilə İsraillə Suriyanın sülh danışıqları aparmasına qısqanc yanaşması kimi də qəbul etmək olar. Ancaq, bütün hallarda “İsrail Qolan təpələrini nəyin əvəzinə qaytarır?” sualının cavabı da maraqlıdır. Xatırlanacağı kimi, 2007-ci il sentyabrın 5-i ilə 6-ı arasındakı gecədə İsrail təyyarələri Türkiyə və Suriyanın hava sərhədləri pozmuşdu. Hətta, bəzi iddialara görə bu adi sərhədpozma deyil, Suriyaya qarşı bir əməliyyat idi. İndi isə, bu əməliyyatın İrana qarşı mümkün hərbi əməliyyatın manevri olduğuna dair versiya ortaya çıxır. Göründüyü kimi, bəzi dövlətlərin nəyin bahasına olursa olsun apardıqları silahlanma yarışı, regiondakı prosesləri çıxılmaz yola istiqamətləndirir. Bunun yaradağı münaqişənin nəticəsini isə, İraqda olduğu kimi illərcə aradan qaldırmaq mümkün olmayacaq. http://www.araztm.az/?mod=news&id=38

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar