SON XƏBƏRLƏR

İRAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ YENİ SANKSİYALARIN AVROPALILARA ZİYAN GƏTİRƏCƏYİNİ BİLDİRİB

2021.10.20, 07:36
İRAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ YENİ SANKSİYALARIN AVROPALILARA ZİYAN GƏTİRƏCƏYİNİ BİLDİRİB

Gunaz.tv
XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ YENİ SANKSİYALARIN AVROPALILARA ZİYAN GƏTİRƏCƏYİNİ BİLDİRİB mehdiseferi-1.jpg Mehdi Səfəri İran xarici işlər nazirinin müavini Mehdi Səfəri Qərb mətbuatına müsahibəsində Avropa Birliyinin ölkəsinə qarşı yeni sanksiyalarına toxunaraq onların yalnız Avropa ölkələrinin ziyanına olacağını deyib. İyunun 23-də Avropa Birliyinin Lüksemburq toplantısında İranın ən böyük bankı sayılan Milli Banka qarşı sanksiyaların tətbiqinə qərar verilib. Həmin qərarla Milli Bankın Avropadakı bütün maliyyə vəsaitlərinin dondurulacağı, London, Paris və Hamburqdakı şöbələrinin fəaliyyətinə qadağa qoyulacağı, İranın nüvə fəaliyyətində rolu olan 20 İran rəsmisinin və 15 təşkilat nümayəndəsinin Avropa Birliyindən viza almasının yasaqlanacağı nəzərdə tutulur. «Media forum» saytının məlumatına görə, M.Səfəri deyib: «Bu işdə kim uduzacaq? Əlbəttə, avropalılar. Əgər onlar bizimlə ticarəti dayandırmaq istəyirlər, problem deyil. Biz dünyanın hər yerində alıcısı olan neft və qaz mənbələrinə malikik. Avropa banklarındakı bütün pullarımızı çıxaracaq, dünyanın başqa bölgələrində yatıracağıq. Əgər İran Avropa banklarındakı 100 milyard dollar pulunu çıxarsa, bunun dünya iqtisadiyyatına ciddi təsiri olacaq». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar