SON XƏBƏRLƏR

İranda daha 121 nəfər koronavirusdan ölüb. İnfeksiyadan ölənlərin sayı 3993 nəfərə yüksəlib (Yenilənmiş statistika)

2021.10.20, 07:36
İranda daha 121 nəfər koronavirusdan ölüb. İnfeksiyadan ölənlərin sayı 3993  nəfərə yüksəlib (Yenilənmiş statistika)

Gunaz.tv

GünazTV: İranda son bir gün ərzində daha 121 nəfər koronavirusdan ölüb.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında infeksiya qurbanlarının yeni statistikasını yayarkən bəyan edib.

 

O bildirib ki, ötən bir sutka ərzində İranda daha 1997 nəfərin yeni “Covid-19” infeksiyasına yoluxması faktı aşkarlanaraq qeydə alınıb: “Dünəndən bu günə qədər ölkədə daha 121 nəfər koronavirusdan. Bununla da İranda indiyə qədər həmin infeksiadan ölənlərin ümumi sayı 3993 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 67 min 286 nəfərə yüksəlib.

 

 Xoşbəxtlikdən koronavirus xəstəliyindən sağalıb xəstəxanalardan  evə buraxılanların sayı da artaraq, 29 min 812 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3956 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan  edib.

 

 

Qeyd edək ki, Cahanpur ölkədə bu günə qədər virusdan ölənlərin sayının 3993 nəfərə, yoluxanların sayının isə 67286 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” infeksiyasından ölənlərin və xəstəliyə yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar