SON XƏBƏRLƏR

İranda elektirik qısıtlıği nələrdən asılıdır? Və ya, özəlliklə nədən elektirik kəsilir?

2021.10.20, 07:36
İranda elektirik qısıtlıği nələrdən asılıdır? Və ya, özəlliklə nədən elektirik kəsilir?

Gunaz.tv
İranda elektirik qısıtlıği nələrdən asılıdır? Və ya, özəlliklə nədən elektirik kəsilir? atomiran.jpg Son günlərdə İran adlanan ülkədə elektrik, su və qaz kimi gündəlik qullanılan ürünlərin kəsilməsi nigaranlıqlar doğurub. Bir çoxlu uzmanın inancına görə, İran hakimiyətinə uyqulanan sanksiyalar və birdə içəridə olan yetərsizliklərdən qaynağlanan bu kəsintilər, geçici olaraq millətin narahatlığına nədən olaraq gələcəkdə hakimiyətə qarşi yaranacaq olan aksiyalara güc buraxmamağ amacı daşımaqdadır. Bu uzmanlar belə deiyrlər ki İran hakimiyəti çox planli olaraq bu ürənlərdə qıtlığ yaradır və ondan yararlanmağ niyətindədir. Ama bəlkidə başqa nədənlər ortada vardır? İran adlanan ülkədə olan bir yetkili eksklosiv olaraq BayBak üçün bir sıra önəmli bilgilər verib. Bu yetkilinin sözlərinə görə, qaz, elektrik və suyun kəsilməsində rol oynayan bir çoxlu faktla yanaşi, ən önəmlisi İran adlanan ülkədə gələcəkdə olan hava saldırılarına görə gizli transportlar ad aparılmalıdır. Son zamanlarda Amerika və İsrail devlətləri tərəfindən hava saldırısıyla hədələnən İran hakimiyəti öz başının çarəsinə baxmağ üçün çox maraxli və pıtlaşığ planlar hazırlayıb. Uzmanın dediginə görə, Amerika və İsrail casusluğ agentlikləri geçən illərdə bir çoxlu uydu (Satelait) kirayə ediblər! Bunların bir çoxu şov və əyləncə amacıyla havaya buraxılan uydulardan oluşur. Demək Amerika və İsrail casuslari mediya uydularından İran adlanan ülkənin iç gedişatın göz altına almağ üçün yararlanırlar! İran hakimiyəti isə bu planlardan xəbərdardır və elə ona görədə önləmlər almağa başlayıb. Uzman bildirib ki adi gedən uydularda yerləşdirilən cihazların gecələr üçün tarama və əks ilə video çəkmək imkanlari vardır. BayBak elektirik kəsintisindən bu planların nə ilgisi olar sorusuna belə cavab aldi ki, İran hakimiyəti və onun əsas qoruyucusu olan Sipahi Pasdaran hərbi təşkilat öz mövqeiyətlərin gücləndirmək üçün çoxlu saldırı planlayıblar. Sipahi Pasdaranın bir çoxlu şəhərdə gizli silah fabrikalari vardır və bu fabrikalarla yanyana bir çoxlu anbarıda yer almaqdadır. Ancaq casuslar tərəfindən bu bazaların adresi və çalışmalari ələ geçibdir ki Siöahi Pasdaranın açıq və geniş çalışmasına manea yaratmaqdadır. Uzman BayBak-ə deiyb ki geçən aylardan başlayan silah-sursat transportu geniş miqyasda yapılmaqdadır. Bu transportların məqsədi İranda xaricdə olan hörgütlər, habelə İranin içərisində olan bir çoxlu gizli savaş mərkəzləri olmaqdadır. Silahların gecə qaranlığında transport edilməsi və onların anbar-anbar yürüdülməsi hayli maraxli bir plan olduğuna inanan uzman belə deiyr ki hakimiyət içində gedən savaş getdikcə çətin mərhələyə girməkdədir və hakmiyətdən üz çevirən bir çoxlu yetkili özm yolun ayırmaqla Fars hakimiyətinə zərbə yendirməkdədirlər. Bu yetkililərdən bir neçəsi İran adlanan ülkənin gizli planlarından xəbərdar olanlardandılar ki onların bilgiləri hakimiyətin gələcəgin dəiyşdirə biləcək qədər önəmlidir. Son zamanlarda bir çoxlu önəmli məqam, özəlliklədə hərbi və iqtisadi bölgələrində yerlərin yeni öyələrə veriblər. Bir çoxuna ərkən əməklilik əmri verilib və hətta bir neçəsi tutularaq həbs çəkməkdədirlər. Bunların hamısının açari İran adlanan ülkənin ruhani lideri və Sipahi Pasdaranın baş kumandalarındadır. Uzman bildirib ki bu transportlar nəticəsində bir neçə axsaqlıq meydana çıxıb. Misal olaraq Tehranda partlayan sursat və ölənləri gizli tutsalarda, artıq hami bilir ki o partlayışın nədəni hərbi transportla bağlıdır. Şəhərlər və içində olan insanlari qalxan kimi qullanmağ üçün plan hazırlayan hakimiyət, bir çoxlu hərbi bazalari tam olaraq şəhərlərin ortasına yerləşdirib. Bu toplamalardan hədəf budur ki ABŞ və İsrailin ehtimali saldırısında onlardan yararlansın və əgər saldırqan güclər o yerlərə sədəmə vurmağa qalxışsalar, sivillərə saldırı adına İsrail və Amerikanın şəhərlərində terror aktlari hayata geçirilsin. Uamanın dediklərinə görə Rusiyadan alınan gizli texnikalarla yeni bilgilər əldə edən İran hakimiyəti növə proqramlarına son gücüylə davam etdirir və çalşır ta ehtimali saldırılarda öncə ən son addımın atmağda başarılı olsun. Son plandan söz edən uzman bildirib ki İran adlanan ülkənin başçılari içəridə devrimin olmadığına özən göstərərək, növə proqramların tamamladıqdan sonra açıq olaraq BMT və başqa uluslararasi hörgütlərdən mudafiə haqqı tələbində bulunacaq. Bu o deməkdir ki ato bombasına sahib olan İranla savaşa girən ülkələr hər türlü qarşılıqlığ üçün suçlu sayılacaqlar. Çin və Rusiyanın yardımıyla bir çoxlu çətinlikdən qaçan İran hakimiyəti, son günlərdə İsrail və Ərəb ülkələri, özəlliklədə Suriyə ilə danışığlardan yararlanmaqdadır. İsrail atom gücünə sahib olan İranla savaş istəmədiginə görə, çalışır ta özünə Ərəb ülkələri içində leqal xxarakter qazandırsın. Ərəblərin İsraili rəsmi bir ülkə tanıdıqlarından sonra, demək İran adlanan ülkəni hakimiyətində olan qorxunc siyasətin əsəri azalıb və hətta sıfıra yenəcəkdir. Ama bu arada İsraildə İran kimi çalışır ta öz qorxusun gizli saxlasın. İki ülkə nə yapacaqların bilməzsələrdə, nə yapırlar sorusuna açıq cavablari vardır. İran çalışır ta dünyanın bəlkidə son yaranan arom sahibi ülkəsi olsun, İsrailsə çalışır ta hər nə tez və hər nə böyük bir İsrail ülkəsin Ərəblərə təhmil etsin. Bu arada super güclərin iki standardli oyunlarında unutmamağ lazim olacaqdır. Uzman bildirib ki ehtimali savaşın baş verməsi bir balaca səhvə bağlıdır. Ancaq İran hakimiyəti indidən içərinin durumun kontrola almağ üçün işə başlayıb. Toplu tutulmalar, edamlar, bahalığ və qıtdığların bir nədəni elə içərini kontrol almağ amacı adlandırılmalıdır. Yaxın gələcəkdə geçiriləcək olan seçkilərin indidən bəlli olan sonucu və bölgənin umumi durumu hələlik kimsənin yararına dəiyldir. BayBak-ə özəl olaraq danışan yetkili bildirib ki Sepahi Pasdaranın qomşu ülkələri vurmağ üçün çox təhlükəli planlari vardır çünkü bu bölgələrin ehtimali savaş zamani hakimiyətə qarşi baş qaldırma ehtimali çox yüksək dərəcədədir. Buna bəlgə olaraq, son günlərdə Azərbaycab, Bəluçistan, Kürdüstan və Əhvaz bölgələrinə uyqulanan ağır basqılar, milli və insani haqlarından mudafiə edənlərin sayısının artmasi və onların hakimiyət tərəfindən toplu olaraq tutulmasi, Azərbaycan xaric o biri bölgələrdə hakmiyətə qarşı aparılan silahli savaşların intensivləşməsi, işkəncələr, edamlar və hərbi güclərin manevra geçirməklərindən ad aparmağ olar. baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar