SON XƏBƏRLƏR

İranda F-7 qırıcı təyyarəsi qəzaya uğrayıb

2021.10.20, 07:36
İranda F-7 qırıcı təyyarəsi qəzaya uğrayıb

Gunaz.tv

 GünAzTV: İranın F-7 qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə İran mediası məlumat yayıb.

 

Yayılan məlumata əsasən, hadisə iyunun 2-si, günorta saatlarında İranın İsfahan əyalətində, Həsənabad şəhərinin 20 kilometrliyində baş verib. İran ordusuna məxsus F-7 qırıcı təyyarəsində uçuş zamanı texniki nasazlıq yarandığını görən pilot və köməkçisi, onu yaşayış məntəqəsindən uzaqlaşdırdıqdan sonra paraşutla tullanaraq canlarını qurtara biliblər. Təyyarə, səhralıqda yerə çırpınaraq yanmağa başlayıb.

 

Qırıcının qalıqları hadisədən iki saat sonra tapılıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar