SON XƏBƏRLƏR

İranda qərbsayağı geyinən qadınları polis tutur.Libas repressiyası

2021.10.20, 07:36
İranda qərbsayağı geyinən qadınları polis tutur.Libas repressiyası

Gunaz.tv
Libas repressiyası İranda qərbsayağı geyinən qadınları polis tutur İran polisi qərbsayağı geyim və saç düzümünə qarşı yeni cəza kampaniyasına başlayıb. "BBC"nin yaydığı məlumata görə, Həbs edilənlərdən paltarları haradan aldıqlarını demək tələb olunub. Bu, prezident Mahmud Əhmədineyad hökumətinin qeyri-islami hesab etdiyi əlamətlərə qarşı çoxsaylı kampaniyalardan növbətisidir. Tehranın bir sıra əsas meydan və parklarında polis dəstələrini görmək olar. Onlar çarşabları ilə saçlarını tam örtməyən və ya kip plaş geyən qadınları polis maşınlarına basırlar. Saç düzümləri Qərb formalı olan kişilər də sorğu-sual edilirlər. Yenilik budur ki, bu şəxslərdən paltarı harada aldıqları və saçlarını harada kəsdirdikləri barədə məlumat alınır. Artıq bir dəlləkxana qərbsayağı saç düzümləri təklif etməsinə görə qapadılıb. Şübhəsiz ki, az sonra dəbli paltar satan dükanların da qapısı polis tərəfindən döyüləcək. Tehranın polis rəisi bildirib ki, belə halların qarşısının alınması onların təhlükəsizlik və ictimai asayişin qorunması istiqamətindəki vəzifəsidir. Hökumətin islam standartlarını tətbiq etmək üçün göstərdiyi səylərə baxmayaraq, bu, Tehranın şimalına elə bir təsir etməyib. Burada qadınlar hələ də hicablarını mümkün qədər arxaya çəkərək, saçlarını nümayiş etdirirlər, polisin qanuna əməl etmək tələbini çox həvəssiz şəkildə və müvəqqəti olaraq yerinə yetirirlər. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar