SON XƏBƏRLƏR

İranda sərhəd polis qərargahının komandiri silahlı atışmada öldürülüb

2021.10.20, 07:36
İranda sərhəd polis qərargahının komandiri silahlı atışmada öldürülüb

Gunaz.tv

GünAzTV: İranın Kürdüstan əyalətinin Banə şəhərində, İraq sərhədinə yaxın məntəqədə, Bərvişkani polis qərargahının komandiri Mustafa Əbdülməliki silahlı atışmada öldürülüb.

 

Hadisə, noyabrın 27-si yerli vaxtla axşam saat 19:00-da baş verib. Bildirilir ki, sərhəddi qanunsuz keçərək ölkə ərazisinə girməyə çalışan bir qrup naməlum yaraqlı şəxslə qərargah qüvvələri arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində qərargah komandiri bir neçə güllə yarası alaraq yerindəcə həlak olub, yerli əhalidən olan bir mülki vətəndaş yaralanıb.

 

Bildirilir ki, sərhəddi qanunsuz keçməyə çalışan yaraqlı şəxslər gecə qaranlığından istifadə edərək hadisə yerindən qaça biliblər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar