SON XƏBƏRLƏR

İRANDA SON İKİ GÜNDƏ BİRİ YENİYETMƏ OLMAQLA 9 NƏFƏRİ ASIBLAR. 3 MÜTTƏHİMİN EDAMI İSƏ MÜVƏQQƏTİ DAYANDIRILIB

2021.10.20, 07:36
İRANDA SON İKİ GÜNDƏ BİRİ YENİYETMƏ OLMAQLA 9 NƏFƏRİ ASIBLAR. 3 MÜTTƏHİMİN EDAMI İSƏ MÜVƏQQƏTİ DAYANDIRILIB

Gunaz.tv
SON İKİ GÜNDƏ BİRİ YENİYETMƏ OLMAQLA 9 NƏFƏRİ ASIBLAR. 3 MÜTTƏHİMİN EDAMI İSƏ MÜVƏQQƏTİ DAYANDIRILIB 3yeniyetme.jpg Onların yaşamaq şansı var Qətl və təcavüzdə günahlandırılaraq edama məhkum edilən 8 nəfər iyunun 11-də İranın Evin həbsxanasında dar ağacından asılıb. İran Məhkəmə Sisteminin rəisi Haşimi Şahrudi beynəlxalq təşkilatların etirazını nəzərə alaraq edama məhkum edilən daha üç nəfərin hökmünün müvəqqəti dayandırılmasına göstəriş verib. H.Şahrudi cinayəti 18 yaşının tamamından əvvəl, 15-16 yaşlarında təsadüfi dava-dalaşda törətmiş, yəni qəsdən adamöldürmə niyyətində olmamış üç məübusa - Məhəmməd Fədai, Behnud Şücai və Səid Cezziyə bir ay vaxt verib. Həmin müddətdə onlar öldürülənlərin ailələrindən əfv diləyə bilərlər. Bu üç müttəhim öldürülənlərin valideynlərindən razılıq alıb bağışlansa, onlarn edamı ləğv ediləcək. Yeri gəlmişkən, 18 yaş qadağasına baxmayaraq iyunun 10-da 17 yaşlı yeniyetmə Məhəmməd Həsənzadə Sənəndəc şəhərinin zindanında dar ağacından asılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar