SON XƏBƏRLƏR

İranın 23 əyalətində cümə namazı mərasimlərinin keçirilməsi ləğv edilib

2021.10.20, 07:36
İranın 23 əyalətində cümə namazı mərasimlərinin keçirilməsi ləğv edilib

Gunaz.tv

GünazTV: İranda koronavirusun sürətlə yayılmasının nəzərə alaraq, ölkənin 23 əyalətinin mərkəzlərində cümə namazı mərasimlərinin keçirilməsi müvəqqəti olaraq ləğv edilib.

 

İranda cümə namazı mərasimlərinin keçirilməsini təşkil edən hökumət qurumlarının bildirdiyinə görə, paytaxt Tehranda və ölkənin digər əyalətlərində cümə namazı mərasimlərinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar, İranın Səhiyyə Nazirliyinin və koronavirusa qarşı mübarizə mərkəzinin müraciətindən sonra qəbul edilib.

 

Bildirilir ki, qəbul edilmiş qərara əsasən, bu gün Tehrandan başqa, Qum, Rəşt, Məşhəd, Təbriz, Urmiya, Həmədan, İsfahan, Sari, Ərdəbil, Kərəc, Əhvaz, Simnan, Zahidan, Şiraz, Qəzvin, Sənəndəc, Kirmanşah, Yasuc, Qorqan, Xürrəmabad, Bəndər Abbas və Yəzd şəhərlərində cümə namazı mərasimləri keçirilməyəcək.

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 27-də mediaya açıqlamasında ölkədə koronavirusdan ölənlərin sayının 26-ya virusa yoluxnların isə 245 nəfərə çatdığını bildirib.

 

İran rəsmiləri ölkədə 26 nəfərin koronavirusdan öldüyünü  bildirsələr də, qeyri-rəsmi mənbələr, o cümlədən də İranın tibb mərkəzlərində fəaliyyət göstərən və adlarının çəkilməsini istəməyən müstəqil mənbələr, koronavirus qurbanlarının sayının qat-qat çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışdığını bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar