SON XƏBƏRLƏR

İranın Bəndər Abbas şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Bəndər Abbas şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

 GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl məişət zəminində baş verən davada dostunu qətlə yetirən 35 yaşlı müttəhim, Nuri Yar Xorşidi, oktyabrın 28-i sübh saatlarında İranın Bəndər Abbas şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar