SON XƏBƏRLƏR

İRANIN İTALİYADAKI SƏFİRİ GERİ ÇAĞIRILIB

2021.10.20, 07:36
İRANIN İTALİYADAKI SƏFİRİ GERİ ÇAĞIRILIB

Gunaz.tv
İRANIN İTALİYADAKI SƏFİRİ GERİ ÇAĞIRILIB İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmmədəli Hüseyni jurnalistlərlə həftəlik görüşündə ölkənin İtaliyadakı səfiri Əbülfəzl Zöhrəvəndin geri çağırıldığını deyib. «Media forum» saytının məlumatına görə, sözçü Ə.Zöhrəvəndin geri çağırılmasının səbəbini açıqlamasa da, siyasi ekspertlər İran prezidenti Mahmud Əhmədinejadın yaxın adamlarından olan Ə. Zöhrəvəndin geri çağırılmasını onun BMT-nin 3-5 iyun arası paytaxt Romada düzənlənən «Ərzaq təhlükəsizliyi: iqlim dəyişikliyi həyəcanı və bioloji enerji» sammitinə qatılan Əhmədinejadın İtaliyanın baş naziri Silvio Berluskoni və Roma papası XVI Benediktlə görüşünü təşkil edə bilməməsi ilə əlaqələndirirlər. «Media forum» ------------------------------------------------------------------------ AVROPA ŞURASINDA AZƏRBAYCANLA BAĞLI MƏRUZƏNİN MÜZAKİRƏSİ GEDİR Avropa Şurası Parlament Assambleyasının Strasburqda davam edən yay sessiyasında «Azərbaycanda seçki öncəsi demokratik təsisatların vəziyyəti» adlı hesabatın təqdimatı başlayıb. Monitorinq Komitəsinin mayın 27-də Ukrayna paytaxtı Kiyevdə keçirilən toplantısında bəyənilən hesabatda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadılığına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılması zərurəti və digər məsələlər yer alıb. AŞPA-nın yay sessiyası dünəndən başlayıb. Sessiyanın gedişi zamanı Azərbaycandan olan nümayəndələr Avropa Şurası Parlament Assembleyasının sədri Luis Maria de Pucla görüşüb. Görüşdə iyunun 30-da AŞPA sədrinin Azərbaycana edəcəyi ilk səfərlə bağlı məsələ müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Luis Maria de Pucun bu səfərinin əhəmiyyətli olduğunu vurğulayıb. S.Seyidov Azərbaycanla bağlı məruzəyə münasibət bildirib, məruzəyə dair qətnamə layihəsinə obyektiv əlavələr edildiyini, onların bir qisminin qəbul ediləcəyinə əmin olduğunu diqqətə çatdırıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar