SON XƏBƏRLƏR

İRANIN VURULACAĞI TARİX AÇIQLANDI

2021.10.20, 07:36
İRANIN VURULACAĞI TARİX AÇIQLANDI

Gunaz.tv
İRANIN VURULACAĞI TARİX AÇIQLANDI Buş administrasiyasına yaxın “USA Today” qəzetinin yazdığına görə, müharibə yeni prezidentin səlahiyyətlərinin icrasına başlamazdan əvvəl olacaq ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara hazırlıq gördüyü haqda xəbərlər yenidən artmaqdadır. Bu dəfə Buş administrasiyasına yaxın nəşrlərdən birində hətta İranın hansı tarixdə vurulacağı haqda xəbər yer alıb. ABŞ-ın ən çox satılan “USA Today” qəzetinin yazdığına görə, İrana qarşı hərbi əməliyyatlar noyabr ayında keçiriləcək prezident seçkilərindən sonra, yeni prezidentinin slahiyyətlərinin icrasına başlayacağı günə qədər müddət ərzində başlayacaq. Qəzetə açıqlama verən mühafizəkar qrupun önəmli şəxslərindən Daniel Paypes deyib ki, əgər seçkilərdə respublikaçı Con Makkeyn qalib gəlsə, o zaman İrana qarşı hərbi zərbələrin endirilməsi şübhə doğurmayacaq. Çünki Makkeynin mövqeyi belədir ki, İrana qarşı hərbi əməliyyatlar variantlardan ən pisidir, lakin nüvə silahına malik İran bundan daha pis variantdır. Lakin Paypes deyib ki, seçkilərdə Barak Obamanın qalib gəlməsi İran təhlükəsinin artması demək olardı. Çünki Obama İranla danışıqlar tərəfdarıdır. “Obama qalib gəlsə İrana qarşı hərbi əməliyyatlar əmrini Corc Buş verəcək. Yeni prezidentin səlahiyyətlərinin icrasına başlayacağı 20 yanvar 2008-ci ilə qədər onun vaxtı var”. Xatırladaq ki, Corc Buş İrana qarşı hərbi zərbələrin variantlardan biri olduğunu təsdiq edib. Avropaya səfəri zamanı Buş deyib ki, İranı əlavə iqtisadi sanksiyalarla nüvə proqramını dayandırmağa məcbur etməyə çalışacaq, lakin bütün variantlar da masa üzərindədir. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar