SON XƏBƏRLƏR

İranın Zəncan şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Zəncan şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölüm hökmü almış daha 1 nəfər edam edilib. Hadisə bir həftə əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı məlumata əsasən, yeddi il maddi ixtilaf zəminində baş verən davada istəmədən qətl törədən Sulduz şəhər sakini, müttəhim Səbah Əmani, aprelin 15-i sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən  şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar