SON XƏBƏRLƏR

“İrna” azyaşlı Nazənin Zəhanı müdafiə edənləri pantürkist və GünAz TV-yə bağlı qüvvələr adlandırıb

2021.10.20, 07:36
“İrna” azyaşlı Nazənin Zəhanı müdafiə edənləri pantürkist və GünAz TV-yə bağlı qüvvələr adlandırıb

Gunaz.tv

GünAz TV: İranın dövlət agentliyi “İrna” ötən günlərdə Nazənin Zəhra adlı üç yaşında bir qız uşağının narkoman atası tərəfindən işgəncə edilməsini göstərən görüntürlərin ortaya çıxmasını pantürkistlər və GünAz TV-yə bağlı qüvvələrin işi kimi qiymətləndirib.

 

İrna “Mərəndli qızın ürək ağrıdıcı klipinin arxa planı nədir?” adlı bir məqalə dərc edərək Nazənin Zəhranın narkoman atası tərəfindən işgəncə edildiyini ört-basdır etməyə çalışıb.

 

“Görüntülərin sürətlə pantürkistlər tərəfindən nəşr edilməsi şübhə doğurur,” deyə məqalədə iddia irəli sürülüb.

 

İRNA həmçinin yazıb ki, “pantürkist qüvvələr Azərbaycanın ucqar qəsəbələri və kəndlərində aşağı siniflər və yoxsul əhalinin arasına nüfuz edərək onların həyatında baş verən hadisələrdən öz hədəfləri istiqamətində istifadə edir. Bu hadisənin videosu da çox sürətli şəkildə pantürkistlərə mənsub saytlar və sosial mediada, o cümlədən Günaz TV-də yayımlanıb.”

 

Azyaşlının video və görüntülərini yayan sosial şəbəkə istifadəçilərini GünAz TV-yə bağlı olduğunu iddia edən “İrna” xəbər agentliyi azərbaycanlı fəalları İşid, Taliban, bölücü çeçen yaraqlıları, serblər və Myanmar ordusu ilə eyni kateqoriyaya aid edərək onları “toplumda məqsədyönlü şəkildə vəhşət yaratmaq və bundan faydalanmaq”da günahlandırıb. Halbuki, Azərbaycan Milli Hərəkatı bütün fəaliyyət müddətində istənilən qarşıdurma və zorakılığa qarşı olub, bunu hərəkatın tarixinə baxanda görmək mümkündür.

 

Ötən günlərdə internet səhifələrində yayımlanan fotoşəkil və videolarda Şərqi Azərbaycanın Mərənd şəhərində bir qız uşağının narkoman atası tərəfindən işgəncə edildiyi görünür. Azərbaycanlı fəallar işgəncə görüntürlərinin geniş şəkildə yayılmasında əsas rol oynayıblar.

 

“İSNA” xəbər agentliyinin yaydığı məlumata görə, fotoşəkillər və videoların yayılmasından sonra polis qüvvələri uşağın işgəncəyə məruz qaldığı evi tapıb və onu uşaq evinə yerləşdirib. Amma uşağın “narkoman atası” qaçaq vəziyyətdədir.

 

Araşdırmalarda məlum olub ki, zalım ata övladını incidərkən çəkdiyi görüntüləri keçmiş həyat yoldaşına, yəni uşağın anasına göndərirmiş. O, tələblərini keçmiş həyat yoldaşına qəbul etdirmək üçün göndərdiyi mesajlarda uşağı daha çox incidəcəyini deyib.

 

Mövzu ilə bağlı əlavə məlumat əldə etmək üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar