GünazTV: İtaliyanın “Unicredit” bankı Amerika Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə 1 milyard 300 milyon dollar cərimələnib.
Bu barədə “Röyters” agentliyi aprelin 15-də ABŞ Maliyyə Nazirliyinin rəsmilərinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, 2007-ci ildən 2011-ci ilə qədər qanusuz yollarla İranla gizli bank əməliyyatları aparan “Unicredit” Bankı, ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə, Amerika Maliyyə Nazirliyinə 1 milyard 300 milyon dollar cərimə ödəməyə razılıq verib. Qeyd edilir ki, bu ağır cərimənin ödənilməsi üçün hər iki tərəf arasında artıq razılıq əldə edilib.
A.M