SON XƏBƏRLƏR

KREML PKK-nı DİRÇƏLDİR

2021.10.20, 07:36
KREML PKK-nı DİRÇƏLDİR

Gunaz.tv
KREML PKK-nı DİRÇƏLDİR Rusiyanın terrorçu təşkilata köməklik göstərdiyi istisna edilmir 400.jpg Son günlər bütövlükdə Cənubi Qafqaz regionunda vəziyyət gərginləşib. Türkiyə ərazisində Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin partladılmasından cəmi bir gün sonra Gürcüstanla Rusiya arasında müharibə başladı. Gürcüstana təcavüz edən Rusiyanın təkcə münaqişə zonası olan Cənubi Osetiyaya deyil, digər bölgələrə, o cümlədən BTC-nin keçdiyi ərazilərə bombalaması Kremlin daha iyrənc məqsədləri olduğunu deməyə əsas verir. Belə bir təsəvvür yaranır ki, regionda baş verənlər əslində, Qərblə Rusiyanın üz-üzə gəlməsinin göstəricisidir. Rusiya bu mübarizədə əlbəttə ki, bütün mümkün vasitələrdən istifadə etməyə çalışacaq. Bu nöqteyi-nəzərdən PKK terror təşkilatının son vaxtlar aktivləşməsi diqqətdən yayınmır. Bu terrorçu qruplaşmanın BTC-ni hədəf seçməsinin səbəbi bir qədər müəmmalı görünürdü. Çünki kürd yaraqlıları heç zaman Qərblə savaşa girməkdə maraqlı görünməyiblər və onlar heç şübhəsiz ki, BTC-nin Qərbin proyekti olmasının fərqindədirlər. Bunun qarşılığında isə Qərbin kürdlərə müəyyən dəstək verdiyi bildirilir. Məsələn, Amerikanın İraqda kürdlərlə işbirliyində olması, Böyük Kürdüstan ideyasına gizli şəkildə dəstək verməsini ekspertlər təsadüfi saymırlar. Bu baxımdan PKK-nın BTC-yə hücum etməsi bir qədər təəccüblü görünür. Bir çox ekspertlər bu qənaətdədir ki, PKK-nın son vaxtlar fəallaşmasında Rusiyanın əli var. Regionda vəziyyəti öz xeyrinə dəyişmək istəyən Kreml hələ sovetlər dönəmində yaratdığı bu terror təşkilatı ilə əlaqələrini gücləndirməklə onların köməyindən yararlanmaq istəyir. Belə rəylər var ki, Rusiya Türkiyənin həyata keçirdiyi əməliyyatlar nəticəsində əhəmiyyətli dərəcədə zəifləmiş PKK-nın dirçəlməsi və onun proyektlərində iştirak etməsi üçün terror şəbəkəsinə müxtəlif cür köməkliklər göstərir. Bu işdə PKK-nın Rusiya üzrə sorumlularının vasitəçi kimi iştirak etdiyi qeyd olunur. Əsas ittiham ondan ibarətdir ki, Gürcüstanla müharibəyə başlamazdan əvvəl Türkiyədə PKK-nın əli ilə BTC-nin partladılmasına nail olan Rusiya bununla Qərbə mesaj vermək istəyib. Yəni Rusiya demək istəyib ki, onun regionda həyata keçirdiyi və keçirəcəyi əməliyyatlara müdaxilə etsələr, o zaman Qərbin enerji layihəsi olan BTC vurulacaq. Nəzərə çatdıraq ki, sözügedən neft kəməri ilə bağlı Rusiyanın təhdidləri hələ bu layihə ilə bağlı müzakirələr gedən illərdə ortaya çıxmışdı. BTC-nin baş tutmaması üçün xeyli səylər göstərən Rusiya buna nail olmasa da, indi öz iyrənc maraqları üçün terrorçuların vasitəsilə kəmərə müxtəlif təxribatlar edir. Amma heç şübhəsiz ki, Rusiyanın bu hərəkətləri cavabsız qalmayacaq. Rusiyanın zəiflədiyini, onun Qərbə müqavimət göstərmək imkanında oldunu məhz elə terrorçu təşkilatların ümidinə qalması faktı da təsdiqləyir. Maqsud MAHRIZLI musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar