SON XƏBƏRLƏR

Həmədanlı millət vəkili əyalətdə sosial problemlərin artdığını deyib

2021.10.28, 10:44
Həmədanlı millət vəkili əyalətdə sosial problemlərin artdığını deyib

Gunaz.tv

O, bildirib ki, əhalinin problemlərinin həlli üçün məsullar vətəndaşlarla təmasda olmalı, oonların problemlərini öyrənməlidir.

Fəllahi hazırda əyalət sakinlərinin əsas problemlərinin mənzil, dolanışıq və iş olduğunu deyərək, bunların həlli istiqamətində yetərli işlər görülmədiyini söyləyib.

O, Həmədan əyalətində su probleminin böhran səviyyəsinə çatdığına diqqət çəkib.

"Su probleminin həlli ilə bağlı verilən qərarın üstündən 17 il keçməsinə baxmayaraq heç bir iş görülməyib.

Belə davam edərsə yaxın gələcəkdə içməli suyun kvota ilə verilməsi qaçılmaz olacaq”-deyə, millət vəkili bildirib.

Əhməd Həsən Fəllahi əyalətə investisiya qoyuluşunda irəliləyiş olmadığını, başqa bölgələrə nisbətdə Həmədan əyalətinə investisiyaların cəlb olunması üçün münasib şərayit yaradılmadığını qeyd edib. 

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar