SON XƏBƏRLƏR

Mahmud Vaizi: “Hazırki vəziyyətdə qadınların stadionlara girişi məqsədəuyğun deyil”

2021.10.20, 07:36
Mahmud Vaizi: “Hazırki vəziyyətdə qadınların stadionlara girişi məqsədəuyğun deyil”

Gunaz.tv

GünAz TV: İranın Prezident Aparatının rəhbəri Mahmud Vaizi ölkəsində qadınların futbol maçlarına tamaşa etmək üçün stadionlara girişi məsələsi barədə danışıb.

 

O, hazırda bu halı məqsədəuyğun hesab etmədiyini deyib. Vaizi bunu “stadionlarda kişi fanatların bir-birinə qarşı söyüş söyməsi” ilə əlaqələndirib.

 

“İdman naziri bütün komandaların rəhbərlərinə qadınların stadionlara gələ bilməsi üçün əxlaqi abu-havanın tənzimlənməsi və lazım olan hər bir addımın atılması istiqamətində tapşırıq verib. Əgər əxlaqi abu-hava düzələrsə, qadınlar maçlara baxmaq üçün stadionlara gedə bilərlər”- deyə Mahmud Vaizi əlavə edib.

 

Bundan başqa, bu gün hökumətin sözçüsü Əli Rəbii bildirib ki, qadınlar stadionlarda milli komandanın bütün oyunlarına tamaşa edə bilərlər.

 

Qeyd etmək lazımdır ki, Səhər Xudayari adlı futbol fanatının özünü yandırmasından sonra ölkə daxilində və xaricdə rejimin qadınların stadionlara girişinə qadağa qoymasına qarşı hiddət artıb. Bu sözlərin müvəqqəti olaraq narazılıqları yatırmaq üçün deyildiyini düşünmək olar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar