GünAz TV: Amerikanın viste-prezidenti Mayk Pens İrana nüvə razılaşması çərçivəsində öhdəliklərini azaltdığına görə xəbərdarlıq edib.
O bildirib ki, iranlı rəsmilər Amerikanın təmkinini iradəsizliklə qarışdırmamalıdırlar.
Viste-prezident Amerikanın İranla müharibə etmək istəmədiyini, lakin heç vaxt da geri çəkilməyəcəyini deyib. Pens bir daha ölkəsinin rəsmi Tehranla müzakirələrə başlamağa hazır olduğunu bəyan edib.
2015-ci ildə imzalanmış nüvə razılaşmasını faciəvi adlandıran Mayk Pens Amerikanın öz maraqlarını və vətəndaşlarını hər bir təhdid qarşısında bütün vasitələrlə qoruyacağını əlavə edib.
Ə.A