SON XƏBƏRLƏR

Mən, Tür­ki­yə­nin prob­lem­lər­dən çı­xa­ca­ğı­na ina­nı­ram.Şir­məm­məd Hü­sey­nov ta­rix­dən bir ne­çə si­tat­lar gə­tir­di

2021.10.20, 07:36
Mən, Tür­ki­yə­nin prob­lem­lər­dən çı­xa­ca­ğı­na ina­nı­ram.Şir­məm­məd Hü­sey­nov ta­rix­dən bir ne­çə si­tat­lar gə­tir­di

Gunaz.tv
"Mən, Tür­ki­yə­nin prob­lem­lər­dən çı­xa­ca­ğı­na ina­nı­ram" Şir­məm­məd Hü­sey­nov ta­rix­dən bir ne­çə si­tat­lar gə­tir­di 2100708.jpg Tür­ki­yə­də ha­ki­miy­yət­də olan par­ti­ya ilə ona qar­şı du­ran qüv­və­lər ara­sın­da mü­ba­ri­zə get-ge­də da­ha kəs­kin şə­kil al­maq­da­dır. Tür­ki­yə­nin Azər­bay­ca­na dost və qar­daş öl­kə ol­ma­sı­nı, bu­ra­da baş ve­rən ha­di­sə­lə­rin bi­zə də tə­sir et­mə­si­ni nə­zə­rə ala­raq bu mə­sə­lə­lə­rə diq­qə­ti cəlb et­dik. Mə­sə­lə ilə bağ­lı bir qə­dər da­ha fərq­li fi­kir­lə­ri nə­zə­rə çat­dır­maq üçün BDU-nun pro­fes­so­ru, vax­ti­lə si­ya­si şərh­lər­lə çı­xış edən Şir­məm­məd Hü­sey­no­va mü­ra­ci­ət et­dik. Ş.Hü­sey­nov bir ne­çə əsr­dir ki, türk-is­lam dün­ya­sı­nın tə­nəz­zül için­də ol­du­ğu­nu vur­ğu­la­yıb. Ta­rix­dən si­tat gə­ti­rən Ş.Hü­sey­nov bil­di­rib ki, hə­lə 1901-ci il­də Mə­həm­məd ağa Şah­taxt­lı­nın Fran­sa­da fran­sız di­lin­də Tür­ki­yə­nin du­ru­mu ba­rə­sin­də ki­ta­bı çap olu­nub: "Tür­ki­yə­ni ne­cə xi­las et­mə­li?" ad­la­nan ki­tab ha­zır­da İsa Hə­bib­bəy­li­nin kö­mək­li­yi­lə fran­sız di­lin­dən bi­zim di­lə tər­cü­mə edi­lib. Hə­min əsə­ri diq­qət­lə oxu­dum ki, gö­rüm 107 il bun­dan əv­vəl ya­şa­mış, Av­ro­pa­nı, Şər­qi gə­zib gör­müş, "Mos­kovs­ki ve­de­mos­ti" qə­ze­ti­nin İs­tan­bul müx­bi­ri ol­muş Şah­taxt­lı Tür­ki­yə ba­rə­sin­də nə dü­şü­nür­müş? O, Tür­ki­yə­nin xi­la­sı­nın nə­də ol­du­ğu­nu gö­rür­müş? Bu ki­tab­dan tək bir cüm­lə­ni diq­qə­tə çat­dır­maq is­tər­dim. O ya­zır­dı ki, is­lam şər­qin­də - yə­ni Tür­ki­yə­də ki­şi­lər çox­dur, am­ma çox tə­əs­süf ki, və­tən­daş yox­dur. Doğ­ru­dan da Tür­ki­yə­də və­tən­daş cə­miy­yə­ti hə­lə sö­zün tam mə­na­sın­da for­ma­laş­ma­yıb. Tür­ki­yə­də və­tən­pər­vər­lik və döv­lət­çi­lik his­si var, am­ma mil­li bir­lik, av­ro­pa­sa­ya­ğı, dün­ya­nın in­ki­şaf et­miş öl­kə­lə­rin­də olan de­mok­ra­ti­ya bu­ra­da hə­lə otu­ruş­ma­yıb. Bu­nun isə çox­lu sə­bəb­lə­ri var". Ş.Hü­sey­nov bu mə­qam­da bir ha­şi­yə çı­xa­raq 1918-1920-ci il­lər­də Azər­bay­ca­nı xi­las et­miş Qaf­qaz İs­lam Or­du­su ilə bağ­lı xalq şai­ri Bəx­ti­yar Va­hab­za­də­nin şei­rin­dən si­tat gə­ti­rib: "O ya­zır­dı ki, 1918-1920-ci il­lər­də bi­zi xi­las edən türk­lər XI or­du­nu Azər­bay­ca­na gə­tir­di­lər. B.Va­hab­za­də de­yir­di ki, "mə­ni qu­yu­dan xi­las edən kən­dir son­ra bo­ğa­zı­ma keç­di". Pro­fes­sor bə­yan edib ki, türk məm­lə­kət­lə­rin­də za­man-za­man möv­cud ol­muş mə­nəm-mə­nəm­lik döv­lə­tin və mil­lə­tin in­ki­şa­fın­da əla­və prob­lem­lər ya­ra­dıb: "Türk im­pe­ri­ya­la­rın­da ha­ki­miy­yət uğ­run­da çox aman­sız vu­ruş­ma­lar ge­dib. Bu ənə­nə­nin qa­lıq­la­rı hə­lə də Tür­ki­yə­də öz iz­lə­ri­ni sax­la­yır". Ş.Hü­sey­nov ey­ni za­man­da diq­qət­çə­ki­ci bir mə­sə­lə­yə də to­xu­nub: "Bir mə­qam­da mil­lə­ti xi­las edən mü­ha­fi­zə­kar­lıq di­gər bir mə­qam­da onun in­ki­şa­fı­na ma­ne olur. Ata­türk­çü­lük Tür­ki­yə­nin ha­kim ideo­lo­gi­ya­sı­dır. Bu mə­sə­lə­nin müs­bət və mən­fi tə­rəf­lə­ri var. Ata­türk ke­çən əs­rin 20-30-cu il­lə­rin­də ya­şa­yıb və Tür­ki­yə üçün bö­yük xid­mət­lər gös­tə­rib. O, Tür­ki­yə­ni xi­las et­di. Bir­par­ti­ya­lı, bir­məf­ku­rə­li döv­lət ya­rat­dı. Di­gər bir par­ti­ya­ya, əks dü­şün­cə­yə im­kan ver­mə­di. Bəl­kə də o dövr üçün bu­nu ta­ri­xi şə­ra­it tə­ləb edir­di. La­kin bu­nu fa­na­tiz­mə çe­vir­mək qar­şı­dur­ma ya­ra­da bi­lən fak­tor­dur. Tür­ki­yə­də prob­lem bu­nun üzə­rin­də­dir. Bir tə­rəf­də ata­türk­çü­lər, di­gər tə­rəf­də isə is­lam­çı­lar­dır. Be­lə bir mə­qam­da Mə­həm­məd Əmin Rə­sul­za­də­nin fik­ri­ni xa­tır­lat­maq is­tər­dim. O de­yir­di ki, bi­zə Av­ro­pa­nın el­mi, mək­tə­bi, tex­ni­ka­sı, Şər­qin əx­la­qı la­zım­dır. Qər­bin əx­la­qı­nın ha­ra get­diy­ni biz gö­rü­rük. Ki­şi ki­şi ilə, qa­dın qa­dın­la ev­lə­nir. Bu­na əx­laq de­mək müm­kün de­yil. Ona gö­rə də həd­din­dən ar­tıq qərb­pə­rəst­lik müs­bət nə­ti­cə ve­rə bil­məz. Hər şey­də Qər­bi təq­lid et­mək, mi­nil­lik mə­nə­vi-əx­la­qi dün­ya­mı­zı yıx­ma­ğa ça­lış­maq, onu in­kar et­mək ol­maz". Pro­fes­so­run söz­lə­ri­nə gö­rə, şəx­siy­yə­tə pə­rəs­tiş Şərq öl­kə­lə­rin­də da­ha çox ya­yı­lıb və bu da cə­miy­yə­ti sü­rət­li in­ki­şaf­dan sax­la­yan amil­lər­dən bi­ri­dir: "Bir var qa­nun­la iş­lə­yə­sən, bir də var şəx­siy­yə­tə pə­rəs­tiş. Tür­ki­yə­də də bu­nun simp­tom­la­rı gö­rü­nür. Ona gö­rə də tez-tez be­lə qar­şı­dur­ma­lar ya­ra­nır. La­kin mən Tür­ki­yə döv­lə­ti­nin bu prob­lem­dən çı­xa­ca­ğı­na ina­nı­ram". Mü­ba­riz sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar