SON XƏBƏRLƏR

Mərakeşlilər Konstitusiya (Anayasa) dəyişikliklərinə səs verdilər

2021.10.20, 07:36
Mərakeşlilər Konstitusiya (Anayasa) dəyişikliklərinə səs verdilər

Gunaz.tv

GünAz TV: Mərakeşdə ölkə konstitusiyasına (Anayasasına) dəyişikliklərə dair referendum keçirilib.

Referendumda seçicilərin 72,5%-i iştirak edib. Artıq bülletenlərin (pejuheşnamələrin) 94%-i sayılıb. Seçicilərin 98,5%-i konstitusiyaya dəyişiklikləri bəyənib.

Mərakeşdə konstitusiyanın dəyişdirilməsi prosesinə (sürəcinə) 3 ay əvvəl başlanılıb. O zaman xalq həyəcanlarından sonra hökumət siyasi sistemin demokratikləşdirilməsi barədə qərar qəbul etmişdi.

Yeni konstitusiya layihəsinə görə, monarxın (müstəbid) səlahiyyətləri məhdudlaşdırılır, baş nazir parlamenti buraxmaq hüququna malik olacaq, məhkəmə hakimiyyəti isə qanunverici və icraedici hakimiyyətdən asılı olmayacaq. Monarx parlament seçkilərində qalib gəlmiş partiyanın rəhbərini baş nazir təyin edəcək. O birtərəfli qaydada parlamenti buraxa bilməyəcək. Kral VI Məhəmməd yalnız Konstitusiya məhkəməsi ilə məsləhətləşmələrdən sonra parlamenti buraxa biləcək.

Həmçinin yeni konstitusiyaya görə, Mərakeş əhalisinin 60%-ni təşkil edən bərbərlərin dili ilk dəfə olaraq dövlət dili statusu (vəziyyət, hökm) alacaq. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar