Amerika və Körfəz ölkələrinin regional çirkli pulların yuyulması və terrorizmlə mübarizədə çoxtərəfli səylərini gücləndirmək üçün yaradılmış Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Mərkəzi müxtəlif regional terror təşkilatlarına bağlı 16 şəxs, qurum və qrupa qarşı sanksiya tətbiq edib.
Maliyyə Nazirliyindən verilən açıqlamada Əli Qusair, Meqdad Əmini və Mürtəza Haşiminin Livanda terrorçu SEPAH və "Hizbullah" tərəfindən idarə olunan və maliyyələşdirilən iki şəbəkənin vasitəçiləri kimi gizli şəkildə neft alveri və çirkli pulların yuyulması ilə məşğul olduqları bildirilir.
Bununla yanaşı Səudiyyə Ərəbistanı da, oxşar addım ataraq SEPAH və onun bölgədə dəstəklədiyi terror təşkilatlarının 13 üzvünə və 3 quruma qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Cavidan