SON XƏBƏRLƏR

Amerika analitik mərkəzi: "İranla nüvə sazişinin bərpası "Hizbullah"ı daha təhlükəli edəcək"

2022.09.09, 10:22
Amerika analitik mərkəzi: "İranla nüvə sazişinin bərpası "Hizbullah"ı daha təhlükəli edəcək"

Gunaz.tv

“Əl-Ərəbiyyə”nin məlumatına görə, Qərbin İranla nüvə sazişini canlandırmaq üçün danışıq apardığı bir vaxtda İranın azad edilmiş pulları nə edəcəyi və ondan necə istifadə ediləcəyi ilə bağlı narahatlıqlar gündəmə gəlib.

Amerika Dövlət Departamenti 2020-ci ildə İranın "Hizbullah"a hər il 700 milyon dollar maliyyə yardımı etdiyini açıqlayıb. 

Demokratiyaları Müdafiə Fondunun yeni hesabatı göstərir ki, İran rejimi yeni sazişin ilk ilində 275 milyard dollar, 2030-cu ilə qədər isə 1 trilyon dollardan çox qazanacaq.

Amerika analitik mərkəzi öz hesabatında bildirir ki, İranın hərbi büdcəsi 90 faiz artıb və bu, rejimin "Hizbullah" da daxil olmaqla bölgədəki proksi qüvvələrinə milyardlarla dollar yardım göstərməyə imkan verib.

"Beynəlxalq ictimaiyyət bir küncdə dayanıb seyr edərkən, "Hizbullah" Tehranın köməyi ilə dəqiq idarə olunan silahlar ehtiyatı saxlayır. Bu, regionun sabitliyi üçün ciddi təhlükədir"-deyə, bu mərkəzinin tədqiqatlar üzrə baş vitse-prezidenti Conatan Şantser bildirib.

Demokratiyaları Müdafiə Fondunun eksperti Toni Badran da deyir ki, yeni nüvə sazişindən İrana gələn pul "Hizbullah"a silahlarını, xüsusilə də dəqiq idarə olunan hərbi sursatları və pilotsuz təyyarələri artırmağa imkan verəcək.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar