SON XƏBƏRLƏR

Amerikanın BMT-dəki keçmiş səfiri İranın BMT-nin Qadınların Vəziyyəti Komissiyasından qovulmasını tələb edib

2022.10.17, 11:00
Amerikanın BMT-dəki keçmiş səfiri İranın BMT-nin Qadınların Vəziyyəti  Komissiyasından qovulmasını tələb edib

Gunaz.tv

“İranın fanatik diktatura rejiminin qadınların hüquqlarına hörmət edilməsini təmin etmək vəzifəsi olan komissiyaya üzv olması zarafatdan başqa bir şey deyil.

Məhsa Əmininin öldürülməsindən sonra bu, daha da gülünc hal alıb",- deyə, oktyabrın 16-da "Fox News"-da dərc olunan bəyanatda Heyli bildirib.

“Fox News”un məlumatına görə, qırx ildən çox yarandığı gündən bəri iranlı qadınlar üçün ən sərt məhdudiyyətləri yaradan İslam Respublikası bu ilin əvvəlində BMT-nin “Qadınların Vəziyyəti Komissiyası”na qoşulub.

Bu fəaliyyət Rejimin dəhşətli keçmişinə görə müxalifətin qəzəbinə və kəskin tənqidinə səbəb olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar