SON XƏBƏRLƏR

Missionerlər azsaylı xalqlardan istifadə etmək istəyirlər

2021.10.20, 07:36
Missionerlər azsaylı xalqlardan istifadə etmək istəyirlər

Gunaz.tv
Missionerlər azsaylı xalqlardan istifadə etmək istəyirlər Gizli fəaliyyət daha qorxuludur Xristian yönümlü missioner təşkilatlar Gəncə, Mingəçevir, Ağdaş, Sumqayıt, Zaqatala və Balakəndə aktiv fəaliyyətə başlayıblar. Bu barədə "OLAYLAR"a məlumatlı mənbədən bildiriblər. Mənbədən deyiblər ki, bölgələrdə aztəminatlı ailələr arasında təbliğat aparılması üçün 50 manat yardım göstərilir: "Xristianlığı qəbul edənlərə birdəfəlik ərzaq yardımları edilir. Bu vasitə ilə əhalini təbliğat xarakterli dini mərasimlərə cəlb edirlər. Adıçəkilən rayonlarda missionerlərin aktiv fəlaiyyəti üçün şərait var". Qeyd edək ki, missionerlər Naxçıvanda da təbliğata cəhd göstəriblər. Lakin Muxtar Respublikada bunun qarşısı dərhal alınıb. Buna görə də hazırda Naxçıvanda missioner təşktilatların yerli filialı fəaliyyət göstərə bilmir". Mənbədən qeyd ediblər ki, dini icmaların nümayəndələri daha çox azsaylı xalqlar arasında təbliğata meyl göstərirlər: "Udin və avarlar yaşayan ərazilərdə aktiv təbliğat aparılır". Məlumatda qeyd edilib ki, son illər missionerlərin gizli fəaliyyətə meyl göstərdikləri müşahidə olunur: "Əvvəllər Yasamalda, metronun "Gənclik", "Nərimanov" stansiyalarının yaxınlığında "Yəhva şahidləri", "Yeddinci günün advinistləri", eləcə də "Venekton kilsəsi"nin toplantıları keçirilirdi. Hüquq-mühafizə orqanlarının tədbirlərindən sonra aktiv toplantıların keçirilməsi azalıb. Gizli fəaliyyət isə daha qorxuludur". olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar