SON XƏBƏRLƏR

Müstəqillik tərəfdarları seçkilərdəki qələbəni qeyd edir – Kataloniyada

2021.10.20, 07:36
Müstəqillik tərəfdarları seçkilərdəki qələbəni qeyd edir – Kataloniyada

Gunaz.tv

GünAz TV: Kataloniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

 

Kataloniya bölgəsinin İspaniyadan müstəqilliyini tələb edən partiyalar regional parlamentdə tam çoxluğa nail ola bilərlər. Keçirilmiş regional seçkilərdə səslərin 52 faizinin sayılmasından sonrakı rəsmi nəticələr buna dəlalət edir.

 

Mediada yayılan məlumata görə,  Kataloniyanın müstəqilliyini tələb edən partiyalar 135 yerli parlamentdə 70 mandata yiyələniblər. Mütləq çoxluq üçün 68 mandat yetərlidir.

 

İlkin nəticələrə görə, Kataloniya hökumətinin (Jeneralitat) keçmiş rəhbəri Karles Puçdemonun başçılıq etdiyi "Birlikdə, Kataloniya uğrunda" Partiyası seçkilərdə 22 faiz səs toplayıb. Bu isə 34 mandat deməkdir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar