SON XƏBƏRLƏR

NATO ordumuzu bəyənir

2021.10.20, 07:36
NATO ordumuzu bəyənir

Gunaz.tv
NATO ordumuzu bəyənir Əgər xatırlayırsınızsa, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Parlament üzvü Cim Mörfi son çıxışlarının birində Azərbaycanla bağlı çox ciddi bir bəyanatla çıxış edərək bildirmişdir ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə orta məxrəcə gəlməklə həllini istəyir və bu mövzunun ən fundamental hissəsi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə obyekti ola bilməz. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu həm Böyük Britaniya, həm də dünya ictimaiyyəti qəbul edir. Böyük Britaniya rəsmisinin bu bəyanatından sonra adı çəkilən ölkənin digər dövlət xadimi, ticarət və investisiya naziri lord Diqvi Cons da Azərbaycanla bağlı ciddi arqumentlərlə çıxış etmiş və bildirmişdir ki, bu əsrdə Xəzər hövzəsi dövlətləri, o cümlədən Azərbaycan əlində olan valyuta imkanları hesabına dünyanın güc dövlətləri sırasına daxil olacaq. Eneryi problemi ilə bağlı dünyada yaşanan gərginlik Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna yeni çalar qatıb. Bu sahədə hətta Rusiya belə Azərbaycanla kompromisə getməyə meyllidir. Bu barədə bir sıra nüfuzlu dünya nəşrlərində geniş analitik yazılar dərc olunur. İspaniyanın "El Rais" qəzeti ölkəmizin Avropa üçün çox vacib eneryi mərkəzi və geosiyasi məkan olduğunu xüsusi vurğulayaraq yazır: "Azərbaycan həm qərb, həm də şərq üçün böyük imkanlar deməkdir". Belə bir vaxtda qondarma "erməni soyqırımı" iddiası ilə, necə deyərlər, suyu bulandırmağa çalışan işğalçı Ermənistanın iddiaları da boşa çıxmaqdadır. Yeri gəlmişkən erməni iddiasına ABŞ alimi Custin Makkarti tərəfindən də sərt cavab gəlmişdir: "ermənilərin qondarma soyqırımı mövzusunda təbliğatı genişləndirməsi siyasətlə bağlıdır. Onlar siyasi arenada qalib gəlmək istəyirlər. Buna görə də tarixdən yararlanmağa çalışırlar. Əgər ermənilər hesab edirdilər ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir, o zaman nəzərə almalıdırlar ki, Ermənistan torpaqlarının böyük əksəriyyəti tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqlar Azərbaycana qaytarılmalıdır". Yersiz iddiaları ilə regionda strateyi layihələrdən kənarda qalan Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməklə ölkədəki mövcud böhranı daha da dərinləşdirir. ABŞ-ın məşhur "Vaşinqton Tayms" qəzeti Ermənistanın bu vəziyyətə düşməsinin səbəbini konkret olaraq siyasi, iqtisadi, sosial və ictimai faktorlarla izah edir. "Bu ölkənin üzləşdiyi böhranın daha da dərinləşməsində hakimiyyətin səriştəsizliyi və uğursuz makroiqtisadi siyasətin acı fəsadları ilə bərabər, İrəvanın işğalçılıq hərəkətlərinə son qoymaması, qonşu dövlətlərə qarşı ərazi iddialarını davam etdirməsi ciddi rol oynayır. Yeni hakimiyyət komandasını real vəziyyəti dərk etməyə çağıran "Vaşinqton Tayms" əks təqdirdə sosial-iqtisadi partlayışların ermənilərin həyatını tamamilə sual altında qoyacağını bildirir. Bununla belə saxta prezident seçkilərindən sonra Ermənistandakı mövcud vəziyyət daha kəskin və acınacaqlı hal almışdır. Ölkəni bürüyən siyasi həbslər, ekspertlərin fikrincə, Avropa Şurası Parlament Assambleyası üçün yeni çağırış kimi səslənir. Əgər nəzərə alsaq ki, bu günlərdə AŞ PA-da qurumun qəbul etdiyi 1609 saylı qətnamə layihəsinin müzakirəsi keçiriləcək və bu qətnamədə əsas tələblər sırasında siyasi məhbusların azad edilməsi öz əksini tapıb, Ermənistanın necə çıxılmaz vəziyyətdə olduğunu açıq-aydın görərik. Ermənistanın ən yaxın müttəfiqi sayılan Rusiya Federasiyasında belə kütləvi informasiya vasitələri Sery Sarkisyan reyimini ifşa edən məqalələr dərc edirlər. Bu sırada "Arqumentı i faktı" qəzeti xüsusilə daha vacib məqamlara toxunaraq vurğulayır ki, Sery Sarkisyan reyimi heç nə baş vermədiyini göstərmək istəsə də, AŞ PA-nın 1609 saylı qətnaməsi ölkənin başı üzərində Domokl qılıncı kimi qalmaqdadır. Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri son mətbuat konfranslarının birində ATƏT və ABŞ-ın seçki nəticələrinin hesablanmasında saxtakarlıq və qanun pozuntularına yol verildiyi barədə hesabatda deyilənləri etiraf edib. Ermənistanın beynəlxalq aləmdə nüfuzunun aşağı düşməsi bir sıra məqamlarda Azərbaycana qarşı münasibətdə də özünü göstərir. Belə ki, son vaxtlar Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanın bəyanatlarında ölkəmizə qarşı münasibətdə gələcək əməkdaşlığa işarə vuran bir sıra məqamlar özünü göstərir. Ümumiyyətlə, ekspertlərin fikrincə, gələcəkdə Ermənistan nəinki çıxılmaz vəziyyətdə qalacaq, hətta Türkiyəyə və Azərbaycana yalvaracaq. Təsadüfi deyil ki, müharibə variantı Ermənistan əhalisində kəskin qorxu hissi yaradıb. Şübhə yoxdur ki, həm Sery Sarkisyan, həm də Müdafiə naziri Ohanyan Azərbaycanın hərbi və iqtisadi potensialından xəbərsiz deyildir. Kəskin iqtisadi, sosial problemlərlə üzləşən erməni əhalisi ölkənin ərazisini kütləvi şəkildə tərk etməkdədir. Rusiyanın Dağlıq Qarabağ probleminə, ümumiyyətlə götürdükdə isə, Azərbaycana münasibətdə bir sıra fərqli cəhətlərin ortaya çıxması Xankəndindəki separatçı reyimi vahiməyə salıb. Reyimin lideri Bako Saakyan Ermənistan ictimai televiziyasına verdiyi müsahibəsində bildirib ki, Rusiya dövlət dumasının nümayəndələrinin son bəyanatları Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda Rusiyanın bir vasitəçi və müttəfiq dövlət kimi bizim maraqlarımızı tam miqyasda təmin edə biləcəyinə şübhələr yaratmağa başlayıb. Hər halda, dumanın komitə sədri "bizə ümid bağlamayın" deyirsə, Qarabağlı ermənilər bu bəyanatdan nəticə çıxartmalıdır. Azərbaycanın iqtisadi tərəqqisi, qüvvələr balansının xeyrimizə dəyişməsi, ümumiyyətlə, Ermənistanı Dağlıq Qarabağ probleminə münasibətdə əvvəl-axır konstruktiv mövqe tutmağa vadar edəcək. Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsində, heç şübhəsiz, NATO məsələsi ümdə yerlərdən birini tutur. Ölkənin xarici işlər nazirini son bəyanatlarında müvafiq məsələyə toxunaraq NATO ilə əməkdaşlığı Azərbaycanın milli təhlükəsizlik doktrinasının təməl daşı kimi qiymətləndirib. Təsadüfi deyil ki, NATO-nun Əməliyyatlar Bölməsinin Planlaşdırma şöbəsinin rəhbəri Dioqo Polmer Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, Azərbaycan böyük eneryi resurslarına malikdir. Bu isə təhlükəsizlik baxımından vacib amildir. NATO təhlükəsizlik məsələsində Azərbaycanla əməkdaşlıqdan məmnundur. Azərbaycan ordusunun beynəlxalq aləmdə artan nüfuzu da düşmənlərimizi çox narahat edir. Sülhməramlılarımızın göstərmiş olduqları layiqli xidmət dəfələrlə yüksək qiymətləndirilib. Müdafiə Nazirliyinə daxil olan növbəti sevindirici xəbər də sülhməramlılarımızla bağlıdır. Belə ki, SENTKOM-Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti sülhəmaramlı bölüyümüzün xidmətini aşağıdakı kimi qiymətləndirmişdir: "Azərbaycan sülhməramlı bölüyünün əsgərləri xidmət etdiyi bölgədə xidməti çox yüksək səviyyədə təşkil edirlər, onların xidməti Amerika dəniz piyadalarının xidmətindən üstündür". Daha bir sevindirici xəbəri isə Azərbaycan Respublkasının Müdafiə naziri, general- polkovnik Səfər Əbiyevin ünvanına Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr Komandanı, ABŞ Quru Qoşunları generalı Dən Maknelil tərəfindən göndərilmiş məktubdan oxuyuruq: "Sizin Əfqanıstandakı qoşunlarınız yerləşdiyi yerdən asılı olmayaraq, hər an təhlüksizliyə öz töhfəsini verir və hər bir tapşırığın yerinə yetirilməsində böyük çeviklik və qəhrəmanlıqlar göstərirlər. Onlar əvvəllər də bu cür olmuş, gələcəkdə də belə olmaqda davam edəcəklər. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin bir hissəsi kimi onlara komandanlıq etmək mənim üçün şərəfdir". Göründüyü kimi, Azərbaycanın tərəqqisi bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da özünü qabarıq göstərməkdədir. Silahlı Qüvvələrimizin həyatında əldə olunan uğurlar, heç şübhəsiz, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının ordumuza göstərdiyi diqqət və qayğının nəticəsidir. Şübhə yoxdur ki, Azərbaycan hərbçiləri ölkəmizin əldə etdiyi uğurlardan bundan sonra da geridə qalmayacaq, Silahlı Qüvvələrimizin 90 illik yubiley bayramına yüksək peşəkarlıq və döyüş hazırlığı ilə qatılacaqlar. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hər bir hərbi qulluqçunun həyat amalıdır. Elə məhz bu səbəbdən də dövlətin orduya göstərdiyi qayğı cavabsız qalmayacaq, hərbi qulluqçular bütöv Azərbaycan amalına xalqın gözlədiyi töhfəni verəcəklər. İbrahim RÜSTƏMOV ədalət

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar