Güney Azərbaycanı və İran şəhərlərini etiraz aksiyaları bürüdü-VİDEO

13.01.2022, 11:36

Güney Azərbaycanda və İranın digər bölgələrində müəllimlərin və məktəblilərin etiraz aksiyası başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Yanvarın 13-ü səhər saatlarında onlarla şəhərdə başlayan aksiyalarda müəllimlər yenidən rütbələndirmə qanununun icra olunmasını, əmək haqlarının artırılmasını və təqaüdlərin bərabərləşdirilməsini tələb ediblər.  

Tələblər sırasında həbs olunan müəllimlərin azad edilməsini, təqaüddə olan müəllimlərin maaşlarının bərabərləşdirilməsini, öyrənci və şagirdlərin təhsillərini davam etdirmələrinə şərait yaradılması da var. 

Aksiyalarda "Məhbus müəllimlər azad edilməlidir" şüarı səsləndirilib. 

Şəhərlərin Təhsil və Sosial Təminat idarələrinin qarşısına toplaşan  etirazçı müəllimlər "Çox vədlər eşitmişik, ancaq ədalət görməmişik", "Müəllim, ayrı-seçkiliyə son qoymaq üçün ayağa qalx", "Məhbus müəllimlər azad olunmalıdır" və digər şüarlar səsləndiriblər.

Təhsil işçiləri həmçinin hökuməti müəllimlərə qarşı təzyiqlərə son qoymağa çağırıblar.

Qeyd edək ki, noyabrın 11-də İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının dərc etdiyi ümumölkə mitinqinin yekun bəyanatında təhsil işçiləri və təqaüdçülər üçün “Dövlət Qulluğunun İdarə

Edilməsi haqqında”qanunun icrasının 14 il gecikdirilməsi, etiraz aksiyası keçirmək hüququnun pozulması tənqid edilib.

Sənəddə etirazçılara qarşı sərt təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi, uzunmüddətli həbslər, döyülmə, ölkədən qovulma, deportasiyaya və müxtəlif məhrumiyyətlərə məruz qalmaları da qınanıb.  

C.E
 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbriz metrosunun "Danişqah-i Azad” stansiyası ləğv edilib-Tunel torpaqla doldurulub

2022-01-18

gun az article

Xalq qəhrəmanının xatirəsinə hörmətsizlik: Bağır xanın evi narkomanların sığınacağına çevrilib

2022-01-18

gun az article

Şərqi Azərbaycanda Omikron ştammına yoluxanların sayı artıb

2022-01-18

gun az article

Güclü qar səbəbindən Ərdəbildə 325 kəndin yolu bağlanıb-VİDEO

2022-01-18

gun az article

Qəzvinin 184 kəndi riskli bölgədə yerləşir-Mənzil Fondunun başçısından xəbərdarlıq

2022-01-18

gun az article

İranda etiraz aksiyaları çoxalıb: "Bu, hökumətə xəbərdarlıqdır"-Millət vəkili

2022-01-18

gun az article

Qərbi Azərbaycan əyalətində su ehtiyatı kəskin azalıb

2022-01-18

gun az article

Zənganda əhəmiyyətli yolun tikintisi yarımçıq qalıb-Hökumət pul ayırmır

2022-01-18

gun az article

Şərqi Azərbaycandan köç artıb: İşsiz gənclər başqa bölgələrə axışır

2022-01-18

gun az article

Şərqi Azərbaycan dəmir yolu işçilərinin əmək haqları ödənilmir

2022-01-18

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı kəskin artıb

2022-01-18

gun az article

Şərqi Azərbaycanda iki alpinist itkin düşüb

2022-01-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib-VİDEO

2022-01-17

gun az article

Xiyavın iki meşə sahəsi təbii irs siyahısında qeydə alınıb

2022-01-17

gun az article

Mərənddə 304 çarpayılıq xəstəxananın tikintisi yarımçıq qalıb

2022-01-17

gun az article

Təbrizli rejissor Pəriya Şücaiyan İtaliyada keçirilən film festivalında mükafata layiq görülüb

2022-01-17

gun az article

Zənganda 3 min il yaşı olan tarixi əşyalar aşkar edilib

2022-01-17

gun az article

İranın Leylan şəhərində heykəl kompleksi qadın “hicabsız” olduğu üçün sökülüb

2022-01-17

gun az article

Urmu gölünün sahəsi bir il ərzində 1297 kvadrat kilometr kiçilib

2022-01-17

gun az article

Güclü qar yağışı Şərqi Azərbaycanda həyatı iflic etdi: Dərslər dayandırıldı, 250 kəndin yolu tamamilə bağlanıb

2022-01-17