SON XƏBƏRLƏR

Güney Azərbaycan əyalətlərində məktəblər bağlandı

2023.01.14, 11:26
Güney Azərbaycan əyalətlərində məktəblər bağlandı

Gunaz.tv

Temperaturun kəskin düşməsi və qaz çatışmazlığı səbəbindən Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Qəzvin əyalətlərində məktəblər tətil edilib.

Adı çəkilən əyalətlərin Təhsil İdarələrinin yaydığı bildirişdə yanvarın 14-ü bütün təhsil ocaqlarının fəaliyyətinin dayandırıldığı bildirilib.

Bununla yanaşı bir sıra dövlət idarələrinin də fəaliyyəti məhdudladırılıb. vacib sahələrin işçilərinin isə iş saatları azaldılıb.

Bununla yanaşı İranın başqa 8 əyalətində də təhsil ocaqlarının növbəti bildirşə qədər tətil edildiyi qeyd olunub.

Qeyd edək ki, son günlər İranın neft-kimya, polad, sement və elektrik stansiyaları sənayeləri ilə yanaşı sonra 840 dövlət, ictimai təşkilat və mərkəzə də qazın verilişi dayandırılıb.

Bildirilir ki, soyuq mövsümlərdə qaz yataqlarının işlənilməməsi, qazın hasilatı, ötürülməsi və paylanması mərhələsində bir neçə il ardıcıl olaraq geniş itkilərə məruz qaldığı üçün ölkə ciddi qaz çatışmazlığı ilə üzləşir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar