Güneyli fəalların bildirdiyinə görə, Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan gənc milli fəal Meysəm Mübrəhən yanvarın 1-də girov qarşılığında Marağa zindanından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Noyabrın 19-da Məlikan şəhərində keçirilən etiraz aksiyasında saxlanılan azərbaycanlı fəal İran bayrağını yandırmaqda ittiham olunurdu.
Meysəm Mübrəhənin yaxınlarından birinin verdiyi məlumata görə, noyabrın 19-da Məlikanda İran bayrağı hökumətə bağlı qüvvələr tərəfindən yandırılıb və bu etirazçıların separatçı olduğu barədə iddiaları əsaslandırmaq üçün həyata keçirilib.
Timur