Güney azərbaycanlı kinorejissor Cəfər Pənahi həbs edildi

11.07.2022, 16:16

İranda siyasi həbslər dalğası davam edir.

Gunaz.tv Quote | Gunaz article

İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cəfər Pənahi iyulun 9-da “Silahını yerə qoy” etiraz bəyanatını imzalayan kinematoqraflar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı kinematoqraf və mədəniyyət fəalından biridir.

Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kinematoqrafçı ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.

"Yoxsullar ayağa qalxdıqda, yırtıcı hökmdarların əllərində yalnız bir çarə var və bu, zorakılıqdan başqa bir şey deyil"-deyə, Pənahi bundan öncə hökumətin etirazçılara qarşı qəddarlığına etiraz etmişdi.

Bununla yanaşı güneyli rejissor Əli Xaməneyinin pandemiyanın ilk başladığı vaxtlarda ölkəyə xarici vaksinlərin gətirilməməsinə icazə vermədiyi üçün onu sərt tənqid edib və milyonlarla insanın həyatını təhlükəyə atdığı üçün cavabdehlik daşıdığını bildirmişdi.

Sosial media fəalları Cəfər Pənahi ilə yanaşı daha bir neçə fəalın saxlanıldığını yazıblar.

Saxlanılanlar arasında 2019-cu il etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən fəalların ailə üzvlərinin olduğu bildirilir.

Qeyd edək ki, kinorejissor və ssenarist, İran kinematoqrafiyasının Yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub. 

Pənahinin filmləri Kann kinofestivalında "Qızıl kamera" (1995, "Ağ şar" filmi), Lokarno kinofestivalında "Qızıl leopard" (1997, "Güzgü" filmi), Venesiya kinofestivalında "Qızıl şir" (2000, "Dairə" filmi) və Berlihale kinofestivalında "Gümüş ayı" (2006, "Ofsayd" filmi), həmin kinofestivalda ən yaxşı ssenari kateqoriyasında mükafatın qalibi (2013, "Pərdə" filmi) kimi nüfuzlu beynəlxalq kino mükafatlarının laureatı olub.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31