SON XƏBƏRLƏR

Nobəxt: “Ruhani istefamla razılaşmadı”

2021.10.20, 07:36
Nobəxt: “Ruhani istefamla razılaşmadı”

Gunaz.tv

GünAzTV: İyulun 25-də nazirlər kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən İran prezidentinin müavini, Büdcə və Proqramlaşdırma Təşkilatının sədri və hökumət sözçüsü Məhəmmədbağır Nobəxt, öz istefasını Ruhaniyə təqdim etməsindən danışıb.

 

Nobəxt bildirib ki, iclasda istefa ərizəsini Ruhaniyə təqdim etsə də, o bunu qəbul etməyib: “Mən ən qısa bir zamanda hökumətdən getməyə, istefa verməyə hazıram. Bunu da etdim və istefa ərizəmi iclasda ölkə prezidentinə təqdim etdim. Lakin onu istefamı qəbul etməyə qane edə bilmədim. Daha doğrusu prezident istefamla razılaşmadı”.

 

Nobəxtin bu açıqlamasının mediada işıqlandırılmasından dərhal sonra, İranın Prezident Aparatının rəhbəri Mahmud Vaizi jurnalistlərə açıqlamasında onun istefası ilə bağlı prezidentə müraciətini təkzib edib: “Medianın Nobəxtin dilindən yaydığı xəbərlər düzgün deyil. Nobəxt, sadəcə olaraq, hökumətdə bəzi dəyişikliklər edilməsi məsələsi ətrafında söz-söhbət ortaya çıxmasından sonra, prezidentin sözü gedən dəyişiklikləri həyata keçirmək üçün əli açıq olsun- deyə könüllü olaraq tutduğu vəzifədən istefa verməyə hazır olduğunu bəyan edib”.

 

İranın Prezident Aparatının rəhbəri Mahmud Vaizi

 

Xatırladaq ki, iyulun 25-də Rhaninin başçılığı ilə keçirilən nazirlər kabinetinin iclasında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf tutduğu vəzifədən azad edilib və yerinə Çinə yenicə səfir təyin edilmiş Əbdülnasir Hemməti adlı şəxs gətirilib.

 

Qeyd edək ki, ölkədə iqtisadi durumun son dərəcə ağırlaşmasının ardınca, son günlər İranın siyasi dairələrində Ruhani hökumətində kadr dəyişikliyinin qaçılmaz olduğu məsələsini gündəmə gətirmişdi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar