SON XƏBƏRLƏR

Dünya Kubokunda Məhsa Əmininin adının səsləndirilməsi üçün kampaniyaya start verilib

2022.11.11, 09:33
Dünya Kubokunda Məhsa Əmininin adının səsləndirilməsi üçün kampaniyaya start verilib

Gunaz.tv

Bu kampaniya futbol tamaşaçılarından Məhsa Əmininin yaşını xatırladan oyunların 22-ci dəqiqəsində  stadionlara getdikləri hər oyun və matçda onun adını çəkmələrini istəyib.

Ötən günlərdə idman yarışlarında İranda inqilabi qiyamı dəstəkləyən idmançılar tərəfindən etiraz və simvolik hərəkatlar formalaşıb.

Məsələn, İran milli futbol komandasının Nikaraqua ilə hazırlıq görüşünün açılış mərasimində iranlı futbolçuların əksəriyyəti İslam Respublikasının himninin oxumaqdan imtina edib və başlarını aşağı salıblar.

Oktyabrın sonunda İran prezidenti İbrahim Rəisi Qətərdə keçiriləcək 2022-ci futbol üzrə dünya çempionatında İran futbol komandasının iştirakı zamanı problemlər yaşanacağı ehtimalından narahat olduğunu deyib.

Bu məsələ ilə bağlı İran prezidentinin rəsmi internet saytında dərc olunan məlumata görə, İbrahim Rəisi Xarici İşlər Nazirliyinə bu mühüm idman tədbirində Qətər rəsmiləri ilə qarşılıqlı əlaqədə olmalarını və mümkün problemlərin proqnozlaşdırılması, qarşısının alınması üçün səy göstərilməsini istəyib.

Amerika, İngiltərə və Uels milliləri ilə 2022-ci il dünya çempionatının qrup mərhələsində yer alan İran milli futbol komandası noyabrın 21-də ilk oyununda İngiltərə millisi ilə qarşılaşacaq.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar