SON XƏBƏRLƏR

“Horadiz dəmir yolunun açılması üçün razılaşmaya çox yaxınıq”-Paşinyan

2022.02.03, 11:40
“Horadiz dəmir yolunun açılması üçün razılaşmaya çox yaxınıq”-Paşinyan

Gunaz.tv

Bu barədə Ermənistan baş naziri Paşinyan hökumətin bu günkü iclasında deyib.

“Ermənistan tərəfi artıq Erasx (Arazdəyən)-Horadiz dəmir yolunun tikintisi ilə bağlı praktik məsələləri müzakirə edir”-deyə Paşinyan bildirib.

O qeyd edib ki, bu yaxınlarda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmiryolları İdarəsinin başçısı Oleq Belozerov İrəvana gəliblər: Biz üçtərəfli qrupun ilk nəticələrini elan etməyə yaxınıq”. 

Paşinyan bildirib ki, hazırda yollar üçün texniki binaların tikintisi, layihələndirilməsi və maliyyələşdirilməsi müzakirə olunur. (azpost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar