Azərbaycanın millət vəkilləri Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirib

07.12.2022, 14:47

Sosial Tədqiqatlar Mərkəzində millət vəkilləri ilə Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı ilə görüş keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Görüşdə Milli Məclisin deputatları ilə milli fəal Əhməd Obalı arasında Güney Azərbaycandakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Əhməd Obalı İran rejiminin Azərbaycan dili ilə bağlı qadağa məsələsini diqqətə çatdıraraq bunun ciddi problem olduğunu qeyd edib: “İran rejimi farsçılıq ideologiyasının üzərində qurulmuş dövlətdir. İranda fars dilini bilmək yetərliliyi ilə bağlı qanun qəbul edilib. Yəni İranda orta məktəbə gedən uşaq mütləq fars dilini bilməlidir.

Bilməzsə, onlar özəl məktəblərə göndərilir. Hansı ki bu məktəbə getmək, az qala, təhqir kimi bir şeydir”.

Deputat Ziyafət Əsgərov isə İran-Ermənistan münasibətlərinə toxunub: “Baxmayaraq ki, dəfələrlə bəyanatlarda dostluq-qardaşlıq fikirləri səsləndirilir, amma biz bu illər ərzində münasibətdə dostluq-qardaşlıq amalı görmədik. Ən nəhayət, İranın Ermənistanın sərhədi ilə bağlı səsləndirdiyi "qırmızı xətt" məsələsi sözügedən münasibəti aydın formada izah edir”.

Çıxış edən deputat Cavanşir Paşazadə İranda gedən prosesləri Güney Azərbaycanın müstəqil olması üçün yaranmış şərait kimi qiymətləndirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa İranı qonşuluq münasibətlərini pozmaqda günahlandırıb: "İran qonşu dövlət kimi qonşuluq münasibətlərinə əməl etmədi. Əksinə, bizə düşmən olan dövlətə davamlı dəstək oldu. İranda indi baş verənlər insanların hüquq mübarizəsidir.

Və ən əsası, Cənubi Azərbaycandakı əhalinin çox böyük qismi, təəssüf ki, savadsız əhalidir. Bunu İran rejimi edib, doğrudur, amma bugünkü vəziyyətdə bu, sözügedən mübarizənin əleyhinə olan məsələdir".

Deputat Azərbaycanın daxilindəki İranmeyilli qüvvələrə diqqət çəkib: "Bizdə İranın cəhalət kolonu var. Bəli, biz güclü dövlətik, lakin bizdə, eyni zamanda, İran tərəfindən hazırlanmış cəhalət kolonu var. Bu isə hər zaman təhlükə deməkdir".

Fazil Mustafa Azərbaycanın hazırda daxili və xarici problemləri məsələsini vurğulayıb: “Azərbaycan güclü dövlətdir, bu, həqiqətdir. Lakin bizim hazırda tam sağalmamış yaramız var”.

Zahid Oruc Azərbaycanın qələbəsinə göstərilən münasibətdə dövlətlərin mövqeyini qeyd edib: "Mənim üçün 44 günlük müharibə hazırda başqa müstəvilərdə davam edir. Bizim qələbəmiz onlarla dövləti narahat edir. Təəssüf ki, bu dövlətlərdən biri də İrandır".

Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO

Deputat İrandakı hazırkı vəziyyətin bu dövlətin gələcəyinə təsir edəcəyini qeyd edib: "İran daha əvvəlki İran olmayacaq. Bu, dəqiqdir. Xalq savadsızdır deyə, savaş elan eləmək olmaz fikri, hesab edirəm ki, yanlışdır. Bunu bizə tarix göstərib, tarix sübut edib".

Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO

Çıxışlar bitdikdən sonra təkliflər ətrafında fikir mübadiləsi davam edib. (apa)

 

Ayxam

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05

gun az article

Xoyda dərman çatışmazlığı yaşanır

2023-02-04

gun az article

Güneyli Nobel mükafatı laureatı: "Etiraz aksiyaları davam edəcək"

2023-02-04

gun az article

Qaşqay türkləri xoylulara yardım edir

2023-02-04

gun az article

Ərdəbildə səhiyyə sistemi acınacaqlı durumdadır

2023-02-04

gun az article

Kann Film Festivalı güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib

2023-02-04

gun az article

Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

2023-02-04

gun az article

Milli fəal müvəqqəti azad edilib

2023-02-04

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir”-VİDEO

2023-02-04

gun az article

Zənganlı fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib

2023-02-04

gun az article

Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

2023-02-04

gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02