SON XƏBƏRLƏR

PKK Almaniyaya tələb irəli sürdü

2021.10.20, 07:36
PKK Almaniyaya tələb irəli sürdü

Gunaz.tv
PKK Almaniyaya tələb irəli sürdü pkk-alman-teleb.jpg İki gün öncə Türkiyənin Ağrı vilayətində üç alman alpinistini girov götürən PKK terror təşkilatı onların azad edilməsi üçün tələb irəli sürüb. Lent.az-ın “BBC” agentliyinə istinadən verdiyi məlumata görə, kürdlər Almaniya hökümətindən PKK-nın sıxışdırılmasını dayandırmağı tələb ediblər. Xatırladaq ki, alman alpinistləri iyulun 9-da Ağrı dağında girov götürüblər. Bir qrup silahlı terrorçu 13 nəfərdən ibarət turist qrupunun düşərgəsinə hücum edərək 3 nəfəri girov götürüb. Bir qədər sonra isə PKK bəyanatla çıxış edərək turistlərin oğurlanmasının Almaniyanın apardığı sərt siyasətə cavab olduğunu bəyan edib. Qeyd edək ki, Almaniya təxminən bir ay əvvəl kürdlərə məxsus “Roj TV”nin yayımlanmasına qadağan qoymuşdu. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar