SON XƏBƏRLƏR

PKK AZƏRBAYCANDA DA TƏXRİBATLAR TÖRƏDƏ BİLƏRMİ?

2021.10.20, 07:36
PKK AZƏRBAYCANDA DA TƏXRİBATLAR TÖRƏDƏ BİLƏRMİ?

Gunaz.tv
PKK AZƏRBAYCANDA DA TƏXRİBATLAR TÖRƏDƏ BİLƏRMİ? İlham İsmayıl: “Türkiyədə baş verənlər xüsusi xidmət orqanları üçün ciddi siqnal olmalıdır” 3892.jpg İstanbulun Güngörən məhəlləsində iyulun 27-də baş vermiş terror aktı nəticəsində 18 nəfər həlak olub, 150 nəfərdən çox insan yaralanıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin ölkənin cənub-şərqində və İraqın şimalında PKK-ya qarşı əməliyyatlar apardığı bir ərəfədə ehtimal olunur ki, İstunbuldakı qanlı olayı terror şəbəkəsi onlara qarşı hücuma cavab olaraq törədib. PKK hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsə də, terrorun bu qruplaşma tərəfindən törədilməsi versiyası daha inandırıcı görünür. PKK adətən Türkiyədə siyasi gərginlik yaranan ərəfələrdə aktivləşir və qanlı hadisələr törədir. Qeyd edək ki, iyulun əvvəllərində İstanbulda daha bir terror hadisəsi olmuşdu. Terrorçuların ABŞ səfirliyinə hücum etməsi 3 polisin ölümü ilə nəticələnmişdi. Adətən qonşu ölkələrdə hansısa terror hadisəsi, təxribat törədildikdə Azərbaycan vətəndaşlarında haqlı olaraq belə bir sual yaranır: PKK Azərbaycanda siyasi proseslərin qızğın mərhələsində terror hadisəsi törədə bilərmi? Əlbəttə, bu kimi fikirlərin meydana çıxması təsadüfi deyil. Son bir neçə ildə Qərb ölkələrinin Azərbaycandakı səfirliklərində terror və ya bomba həyəcanı yaşanıb. Hətta bu yaxınlarda ABŞ səfirliyinə hücum ediləcəyi barədə xəbərlər o qədər ciddi qəbul edilmişdi ki, səfirliyin fəaliyyəti bir neçə günlüyə dayandırıldı. Zaman-zaman Azərbaycanda PKK-ya bağlı adamların olması, habelə radikal dini qruplaşmaların mövcudluğu barədə faktlar ortaya çıxıb. Neçə vaxtdır ki, ölkəyə kürd köçü başlayıb. Onların içərisində PKK düşərgələrində təlim keçmiş insanların da olduğu bildirilir. Heç şübhəsiz ki, bu təşkilatın Azərbaycana öz təmsilçilərini yerləşdirməsi təsadüfi deyil. Mövzu ilə bağlı söhbət etdiyimiz sabiq MTN zabiti İlham İsmayılın fikrincə, heç bir ölkə terrordan sığortalanmayıb: “Terrorun xarakteri belədir ki, onunla bağlı qabaqcadan xəbərdarlıq edilmir, qanlı hadisə qəfil baş verir. Təbii ki, onun saatını da öncədən bilmək mümkün olmur. Dünyanın heç bir dövləti birmənalı şəkildə ”bizə heç kim terror edə bilməz" deyə bilməz, o cümlədən də Azərbaycan. Sadəcə, terrorun qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, Türkiyədə iyulun əvvəllərində törədilən terrorun radikal dini qruplaşmaya bağlı adamlar tərəfindən həyata keçirildiyi bildirilir. Sonuncu hadisə ilə bağlı da bu versiya söylənilir. PKK təhlükəsini bir yana qoyaq, Azərbaycanda radikal dini təmayüllü şəxslər çoxdur. Elə bu yaxınlarda bir qrup terror fanatı saxlanıldı və mühakimə edildilər. Bəlli oldu ki, onların məqsədi Azərbaycanda terror törətmək olub. Onların da planında Qərb dövlətlərinin səfirlikləri əsas hədəf kimi götürülmüşdü. Bu baxımdan Türkiyədə baş verən hadisə Azərbaycanın xüsusi xidmət orqanları üçün ciddi siqnal olmalıdır. Onlar ayıq-sayıqlığı son dərəcə artırmalıdır". Maqsud MAHRIZLI musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar