GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 14-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın regionda apardığı dağıdıcı siyasətinə münasibət bildirib.
Pompeo deyib ki, o Vaşinqtona səfər etmiş Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al-Səudla keçirdiyi görüşdə Yəməndə yaşanan böhranın siyasi yolla həlli üçün Ər-Riyad razılaşmasının həyata keçirilməsinin sürətləndirilməsinə təkid edib: “Biz Səudiyyə Əəəbistanı ilə birlikdə İranın regionun sabitliyinə qarşı yönəlmiş dağıdıcı rəftarına qarşı birgə mübarizəmizi davam etdirəcək, İranın region ölkələrinə qarşı təxribat xarakterli fəaliyyətinin qarşısını alacağıq” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.
Həmin gün, ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus bəyanat yayaraq bildirib ki, Vaşinqtonla Ər-Riyad, Yəmən savaşına son qoymaq məqsədilə noyabrın 5-də Yəmənin qanuni hökuməti ilə Cənub Keçid Şurası arasında əldə edilmiş razılaşmanı yüksək qiymətləndir: “Bu razılaşma Yəməndə cərəyan edən münaqişə tərəfləri arasında mükəmməl bir sülhün bərqərar olunması üçün atılan mühüm bir addımdır” –deyə Morgan Ortagus bəyan edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus
A.M