Pompeo: “Tramp hökumətində heç kəs İranla müharibənin tərəfdarı deyil”

24.05.2019, 10:58

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo mayın 23-də “America One” xəbər şəbəkəsinə müsahibəsində İranla Amerika arasında baş verə biləcək mümkün savaşdan danışıb.

 

İranın Orta Şərqdə Amerikanın mənafeyinə və region ölkələrinə qarşı gündən-günə artan təhdidinə toxnan Pompeo, ona verilən “İranla müharibə qaçılmazdır” sualını cavablandırarkən deyib ki, Tramp hökumətində heç kəs İranla müharibənin tərəfdarı deyil: “Prezident Tramp İranla müharibə olmasını istəmir. Mən də müharibə istəmirəm. Ümumiyyətlə hökumətdə heç kəs müharibənin tərəfdarı deyil. Bizim heç birimiz bunu istəmir.

 

Əlbəttə ki, bunu iranlılar dərk etməlidirlər. Prezident Tramp öz “Twitter” səhifəsində yazdığı kimi, biz sadəcə olaraq, hər hansı bir təhdid qarşısında Amerikanın maraqlarını qoruyacağıq. Biz bilirik ki, İran uzun bir müddət Orta Şərqdə sabitliyin pozulmasının əsas səbəbkarı olub. Siz Livana, Suriyaya, Yəmənə və ya İraqa baxın. İranın dağıdıcı bir oyunçu rolunda oynadığı məkanların sayının sayı-hesabı yoxdur.

 

Bir daha bildiririk ki, biz İranın nüvə silahına yiyələnməsinə və öz proqramını genişləndirməsinə  imkan verməyəcəyik. Biz, İranın bu hədəf və proqramlarının qarşısını almaq üçün iqtisadi və diplomatik bir kampaniyaya başlamışıq və indiyə qədər də bu işdə uğur qazanmışıq” –deyə Pompeo əlavə edib.

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəz bölgəsinə göndərib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Siyasi məhbus Abbas Lisaninin həbsindən 3 il ötür

2022-01-16

gun az article

Qərbi Azərbaycanda güclü qar yağdı, 182 kəndin yolları bağlandı- 3 nəfər itkin düşüb

2022-01-15

gun az article

Xoyda siyasi məhbus Əkbər Nəimiyə dəstək aksiyası keçirilib- FOTOLAR

2022-01-15

gun az article

Zənganın nümayəndəsi çörəyin kuponla satışına etiraz edib

2022-01-15

gun az article

Urmunun qədim hissəsində əksər tikililər qəzalı vəziyyətdədir-Başçıdan xəbərdarlıq

2022-01-15

gun az article

Zənganın qiymətli mədəni irsi qorunmur: "Bu sahəyə diqqət ayrılsa, turizmin inkişafı sürətlənəcək"

2022-01-15

gun az article

Məlikanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2022-01-15

gun az article

Ərdəbil əyalətində su xəttləri və kanalizasiya sistemi bərbad durumdadır

2022-01-15

gun az article

Heyran gədiyinin Ərdəbilə birləşdirilməsi tələb edilir: İmza kampaniyası başladı

2022-01-15

gun az article

Xiyavda məşhur tarixi abidələr özəl sektorun istifadəsinə verilib

2022-01-15

gun az article

Təbriz-Urmu avtomagistralının tikintisi dayandırılıb

2022-01-15

gun az article

Güney Azərbaycan əyalətlərində məktəblər bağlanıb

2022-01-15

gun az article

Kirmanlılar Mis Şirkətinin “Traxtur”a maliyyə dəstəyi verilməsinə qarşı çıxır

2022-01-14

gun az article

Təbrizli milli fəal Kərim Boksor mülki geyimli şəxslərin hücumuna məruz qalıb

2022-01-14

gun az article

Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək

2022-01-14

gun az article

Urmuda avtobus sürücüləri yenidən aksiya keçirib

2022-01-14

gun az article

Güclü qar Xoyda həyatı iflic etdi: Onlarla kəndin yolu bağlanıb

2022-01-14

gun az article

Güneyli yazıçı Qulamhüseyn Saidinin doğum günüdür

2022-01-14

gun az article

Marağada Beynəlxalq Sərgi Salonunun tikintisinə vəsait ayrılmır

2022-01-14

gun az article

Azərbaycan musiqisi festivallara buraxılmır- Təbrizli sənətçi "Tehran mafiyası"nı suçlandırdı

2022-01-14