SON XƏBƏRLƏR

Poroşenko Putindən gəmiləri geri istədi

2021.10.20, 07:36
Poroşenko Putindən gəmiləri geri istədi

Gunaz.tv

GünAz TV: Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinə Kerç boğazında saxlanılan Ukrayna dənizçiləri və gəmilərinin azad olunması tələbi ilə müraciət edib.

 

Xəzər-Xəbər bildirir ki, müraciətin mətni Pyotr Poroşenkonun rəsmi saytına yerləşdirilib.

 

"Mən Rusiya Federasiyasının rəhbərliyindən tələb edirəm ki, beynəlxalq hüquqları pozularaq saxlanılan və taleləri məlum olmayan Ukrayna hərbçiləri dərhal azad edilsin. Biz onların təcili olaraq gəmiləri ilə birgə Ukrayna tərəfinə təhvil verilməsini istəyirik",-deyə Poroşenkonun bəyanatınada deyilir.

 

Rusiyanın Kerç boğazında ələ keçirdiyi Ukrayna ordusuna məxsus 3 gəminin görüntüləri yayılıb.  Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyanın Sahil Mühafizə Xidmətinin nəzarətinə verilib.

 

Qeyd edək ki, hərbi gəmilər ötən gün Azov dənizində Rusiya ərazisinə keçməkdə ittiham olunaraq saxlanılıblar.

 

Hərbi gəmilərin dayanması üçün silah tətbiq edilib, nəticədə üç Ukrayna hərbçisi xəsarət alıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar