SON XƏBƏRLƏR

Prezident nübarı_Baran Nepalın ilk demokratik dövlət başçısı oldu

2021.10.20, 07:36
Prezident nübarı_Baran Nepalın ilk demokratik dövlət başçısı oldu

Gunaz.tv
Prezident nübarı Baran Nepalın ilk demokratik dövlət başçısı oldu Nepal parlamenti ölkənin ilk prezidentini seçib. "France Presse" agentliyinin verdiyi məlumata görə, bu posta mərkəzçi Nepal Konqresi Partiyasından Ram Baran Yadav seçilib. Ram Baran Yadav 590 deputatdan 308-nin səsini alıb. Onun rəqibi - maoçuların namizədi Ramraca Prasad Sinqh isə 282 səs yığa bilib. Ram Baran Yadav 2008-ci il mayın 28-də respublika elan edilən Nepalın ilk prezidenti olub. Ölkədə hakimiyyət baş nazirin əlində olsa da, prezident baş naziri vəzifəyə təyin və azad edə bilər. Xatırladaq ki, hazırda Nepal hökumətinə Qirica Prasad Koirala başçılıq edir. O, kral Qyanendranın 2007-ci ildə devrilməsindən sonra koalisiya hökuməti formalaşdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar