SON XƏBƏRLƏR

Qanda xərçəng hüceyrələrin aşkar edib, məhv edə bilən lazer aparat yaradılıb

2021.10.20, 07:36
Qanda xərçəng hüceyrələrin aşkar edib, məhv edə bilən lazer aparat yaradılıb

Gunaz.tv

GünAz TV: Arkansas Universitetinin alimləri qanda xərçəng hüceyrələrini aşkar edib, məhv etməyə qadir olan yeni lazer aparat yaradıblar.

 

“IEEE Spectrum” jurnalının məlumatına əsasən, bu aparatın kəşf edilməsi xərçəng xəstəliklərinin müalicəsində inqilabi dönüş yarada bilər. Çünki aparat qanda olan xərçəng hüceyrələrini bədxassəli vəzlərə çevrilməmişdən öncə aşkar edib, məhv etməyə qadirdir.

 

Alimlər bildirirlər ki, ilkin sınaqların nəticələri də ürəkaçandır. Belə ki, xərçəng xəstəliyindən əziyyət çəkən 1 xəstənin üzərində aparılmış sınaq nəticəsində aparat onun xərçəng hüceyrələrinin 96%-ni məhv edə bilib.

 

Alimlər ilkin tədqiqatlar nəticəsində aparatın qanda 28 növ xərçəng hüceyrəsindən 27-sini aşkar etməyə qadir olduğunu deyirlər. Onların sözlərinə görə, onun bütün xərçəng hüceyrələrini aradan qaldıra bilməsi istiqamətində işlər davam etdirilir. Alimlər bununla da yeni lazer aparatının yaxın gələcəkdə bütün xərçəng hüceyrələrini məhv etməyə qadir olacağına ümid etdiklərini deyirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar